Zakir Həsənov İranın İslam Şurası Məclisinin sədri ilə görüşüb
Posted on : qafqaz 10/16/2017 1:00:26 PM
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Bu barədə FaktXəbər-ə
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə müdafiə
naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri
və qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında əlaqələrin genişlənməsinə
mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə
xidmət etdiyini bildirib.
Regionda təhlükəsizlik
məsələlərinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də
son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat
verib.
Ə.Laricani isə
öz növbəsində İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn
normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan
ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf
perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri
müzakirə ediblər.
Mənbə: FaktXəbər