Amerikada Trampın vergidən yayınmasına qarşı geniş etiraz aksiyaları keçirilib
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
ABŞ prezidenti Donald Trampa vergi sənədlərini yayması üçün təqyiq göstərmək məqsədi ilə dünən Amerikanın müxtəlif şəhərlərində minlərlə adam küçələrə axışıb.
FransPress-in
verdiyi məlumata görə, Vaşinqton, Nyu-York, Boston, Filadelfiya, Siatel, San
Fransisko, Los-Anceles, Çikaqo, Berkli və digər şəhərlərdə nemayişçilər Trampı
vergidən yayınmaqda ittiham ediblər.
Kaliforniya
ştatının Berkli şəhərində keçirilən aksiya Donal Trampın müxalifləri ilə tərəfdarları
arasında toqquşmalarla nəticələnib.
Berkli polisi
14 nəfərin saxlanıldığını, bir qrup aksiyaçının yaralandığından xəbər verib.
Tramp istisna
olmaqla Amerikada prezidentliyə namizədlərin hamısı seçkilərdən öncə öz vergi sənədlərini
təqdim etmişlər.
Tramp vaxtıylə
Amerikada kimsənin onun vergi sənədlərinə önəm vermədiyini dilə gətirmiş olsa
da rəy sorğularının nəticələrinə görə Amerika vətəndaşlarının 74 faizi onun
vergi sənədlərinin yayılmasını istəyirlər.