Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum keçirilir
Posted on : Digər sahələr 10/16/2017 1:00:25 PM
Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başlayıb.
“Report” xəbər
verir ki, ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da
açılıb.
Türkiyənin digər
regionlarında seçki məntəqələri bir saat gec, Bakı vaxtı ilə 09:00-da açılacaq
və 18:00-a qədər işləyəcək.
Ölkə tarixində
sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini
nəzərdə tutur.
Referendum üzrə
167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək.
Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.
Vətəndaşlar öz
seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının
“www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.
Bu referenduma
daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.
/ İslamazeri.com