header

 İŞİD-dən ABŞ-ın Əfqanıstan hücumuna reaksiya: “Nə ölən var, nə də yaralanan” - TƏHLİL

ABŞ-ın Əfqanıstanda "bütün bombaların anasından" istifadə etməsinin pərdəarxasında nələr durur?

RİA-ya istinadən, ABŞ-ın Əfqanıstanda ən güclü qeyri-nüvə bombasından istifadə etməsinin nəticələri haqda olduqca ziddiyətli xəbərlər daxil olur.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, hücum nəticəsində çox sayda İŞİD terrorçusu məhv edilib.Terrorçular isə növbələrində bildirirlər ki, “nə ölən olub, nə də yaralanan”.

 

Uğurlu missiya, yoxsa iflas?

ABŞ-ın Əfqanıstanın şərqində ən güclü qeyri-nüvə bombası tətbiq etməsi nəticəsində 92 İŞİD terrorçusu məhv edilib. Bu haqda məlumatı AFP agentliyi yerli hakimiyyət orqanlarına istinadən verib.

Ağ Ev başçısı Donald Tramp da zərbəni ABŞ Silahlı Qüvvələrinin “çox uğurlu missiyası” adlandırıb.

CNN yazır ki, ABŞ hərbçiləri güman edirdilər ki, bombanın atıldığı ərazidə 600-800 terrorçu var. Lakin hərbçilərin bu zərbə ilə nə qədər terrorçu öldürmək niyyətində olduqları məlum deyil.

İŞİD terror təşkilatının isə öz növbəsində yaydığı bəyanatda iddia edilir ki, hücum nəticəsində “bir dənə də olsun terrorçu nə ölüb, nə də yaralanıb”.

 

Pentaqon əməliyyatı müvvəffəqiyyətli olduğunu bildirir

“Bütün bombaların anası” adlandırılan GBU-43/B döyüş sursatının atılmasına həsr edilmiş mətbuat konfransı zamanı jurnalistlər Əfqanıstandakı ABŞ Silahlı Qüvvələrinin komandanı Con Nikolsona sual veriblər: “Bu cür güclü silahın tətbiqi özünü nə qədər doğrultdu?”

Taktiki nöqteyi-nəzərdən bomba düzgün olan anda doğru hədəfə qarşı istifadə olunub.”, - deyə general cavab verib.

Bununla yanaşı, Nikolson “Bomba kimin əmri ilə atılıb?” sualına birbaşa cavab verməkdən boyun qaçırıb. O, həmçinin bildirib ki, əməliyyatın hazırlıq işlərini ABŞ hərbçiləri Əfqanıstan hakimiyyəti ilə birlikdə həyata keçirib ki, dinc əhali arasında insan tələfatına yol verilməsin.

 

Zərbə Əfqanıstan hökuməti ilə razılaşdırılıb

Əfqanıstan Prezidentinin administrasiyası bildirib ki, İŞİD terror təşkilatının mövqelərinin ABŞ tərəfindən bombardman edilməsi, ölkənin müdafiə və təhlükəsizlik qüvvələrini səylərinin dəstəklənməsi üçün atılmış addımdır.

Hava zərbəsi Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin (ANSF) və ABŞ qüvvələrinin səylərinin dəstəklənməsi, həmçinin ANSF və ABŞ qüvvələri üçün regionda təmizləmə əməliyyatının keçirilməsində riskin azaldılmasına yönəldilib.”, - deyə Əfqanıstan Prezidenti Sarayının “Twitter” səhifəsindəki məlumatda qeyd edilib.

Əfqanıstanın ABŞ-dakı səfiri Həmdullah Mohibin fikrincə, “superbombanın” atılma səbəbi, son həftə ərzində ABŞ və Əfqanıstan qoşunları ilə terrorçuların aralarında şiddətlənmiş döyüşlər olub. Amerikalılar uğurlu şəkildə irəliləyə bilmirdi, çünki ərazi İŞİD terrorçuları tərəfindən minalanmışdı.

 

Müstəqilliyin pozulması

Bununla belə, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay ABŞ-ın çox güclü bombadan istifadə etməsini tənqid edib.

Bu hücum Əfqanıstanın suverenliyinin, ərazisinin və təbiətinin biabırçı və görülməmiş şəkildə pozulmasıdır... Hücum terrorçuluqla mübarizəni təcəssüm etdirmir, (əksinə,) ABŞ üçün bizim ölkənin ərazisini kütləvi məhv etmə silahlarının yeni növlərinin sınaqdan keçirilməsi poliqonuna çevirmək bəhanəsidir.”, - deyə Kərzay “Facebook” səhifəsində yazıb.

Eks-prezident ölkə sakinlərini onun ərazisində ABŞ-ın belə hərəkətlərinə narazılıqlarını ifadə etməyə səsləyib.

 

Trampın gözəl jesti

Politoloq, Milli Müasir İdeologiyanın İnkişafı İnstitutunun direktor müavini İqor Şatrovun fikrincə, ABŞ “effektiv jestlərə” meylli olmağa başlayır.

Faktiki olaraq, bu, həqiqətəndə bomba sınağı olub. Çünki bu, onun ilk hərbi şəraitdə tətbiqi olub. Bununla bağlı biz nə isə bir mövqe, Trampın hansısa yeni xüsusiyyətini gördük. Tramp silahlı qüvvələrdən istifadə edərək, effektli, “gözəl” jestlər etməyə meyllidir.”, - deyə mütəxəssis hesab edir.

Onun sözlərinə görə, Şimali Koreya istiqamətində hərbi-dəniz qruplaşmasının hərəkəti və ya bombanın atılması ilə edilmiş demarş (diplomatik tədbir - red.) Tramp üçün nəticədən çox, görünüşün mühüm olmasını sübut edir.

ABŞ göstərir ki, onlar problemləri dinc yox, hərbi yolla həll etməyə meyllidir. Əfqanıstan məsələsində onlar bizə deyirlər ki, dünya ictimaiyyətinin iştirakı olmadan belə bu problemi həll etmək iqtidarındadırlar. Bundan əlavə, ABŞ 2-ci planda olmaqdan qorxur, elə buna görə də Moskvadakı konfransda iştirak etməyə razı olmadı. (Çünki) ABŞ-ın fikrincə (belə bir konfransda) liderliyi Rusiya edəcək idi.”, - deyə Şatov öz əminliyini ifadə edib.

Üstəlik, onun fikrincə, ABŞ-ın Əfqanıstan probleminin həlli istiqamətində silah yolundan başqa heç bir yanaşma üsulu yoxdur.

Buna görə də ABŞ danışıqlar prosesində iştirak etməyə hazır deyil. Yeri gəlmişkən, eyni halı biz Suriya, Şimali Koreya məsələlərində də görürük. Biz görürük ki, hazırda ABŞ yenə də əzələ nümayişinə başlayıb. Heç bir istiqamətdə isə danışıq siyasətinin şahidi olmuruq.”, - deyə politoloq sonda bildirib.

 

Rusiyaya mesaj

Rusiya Təhlükəsizlik Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin 1-ci sədr müavini Frants Klintseviç hesab edir ki, ABŞ-ın Əfqanıstanda superbombadan istifadə etməsi, Suriya Silahlı Qüvvələrinin aviabazasına endirilmiş zərbələr kimi Rusiyaya ünvanlanıb.

Mahiyyətcə, həm bu, həm də o halda söhbət şəxsi gücün nümayişindən gedir. Və, belə deyək, bu “nümunə çıxışlarının” yeganə adresatı Rusiyadır.”, - deyə Klintseviç qeyd edib.

Senator altını cızaraq vurğulayıb ki, əgər ABŞ düşünürsə ki, bu yolla onlar nə cürsə Rusiyanı öz siyasətini onların istədikləri  istiqamətdə dəyişməyə təhrik edə biləcəklər, o zaman “çox böyük xəta edirlər”.

Amerikalılar dayanmalıdırlar. Çox böyük ehtimal ki, bu sıraya Şimali Koreyanı da qoşmaq cəhdləri gözlənilməz nəticələrə gətirib çıxaracaq”, - deyə o bildirib.

 

"Bütün bombaların anası" nədir?

“Bütün bombaların anası” adını qazanmış GBU-43/B döyüş sursatı 9,5 tondur. Hücum zamanı bomba MS-130 təyyarəsindən atılıb.

Onun tərkibində heksogen, trotil və alüminiium ovuntusu qarışığı var. Bomba peyk tuşlaması sistemi ilə təchiz edilib. GBU-43-ün ilk sınağı 2003-cü ildə keçirilib. İddialara əsasən, ABŞ-ın hərbi arsenalında cəmi 15 ədəd belə bomba var. / İslamazeri.com

ABŞ-ın Əfqanıstanda "bütün bombaların anasından" istifadə etməsinin pərdəarxasında nələr durur?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap