header

 Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual

1968-ci ildə Yəməndə dünyaya gələn İsam əl-İmad Səudiyyə Ərəbistanının universitetlərində təhsil almış və Bin Baz kimi öndə gələn sələfi alimlərindən dərs almış vəhhabi alimi idi.

O, şiəliklə tanış olduqdan sonra bu məzhəbi seçib. Təhsilini 1989-cu ildən bəri müqəddəs Qum şəhərində davam etdirən Doktor İsam əl-İmad bir çox kitab qələmə almış mühüm tədqiqatçıdır. İslaminSesi Medyaşafak-a istinadla tanınmış alimin Nasr TV-də yayımlanmış "Sələfiliyə 100 Sual" proqramlarının tam tərcüməsini ardıcıllıqla təqdim edir.

 

Məsələ 25: Həzrət Məhəmmədin (s) evini niyə yandırdılar?

 

Dımeşkinin məsələsi ilə davam edək. Dımeşki və Şeyx Aid əl-Qarani kimi müstəqil alimlər, Həzrət Zəhranın evinə təşkil olunan hücum hadisənin artıq insanlar tərəfindən aşkara çıxarıldığını, böyük kütlələri təsiri altında qoymağa başladığını və "Fatimənin işığı ilə hidayətə çataq" başlıqlı yazıların artdığını görməyə başladılar. 

 

Bu Əhli-beytə qayıdış hərəkatının təməlində, həmin alimlər hücum hadisəsini əsasından mühakimə etməyə başladılar. Allahdan qorxun! Siz öz aranızda mübahisə edərək xətada israr edirsiniz. Deyirlər ki, "Rafizilər, Fatimənin qabırğaları sınıb" - deyirlər. Mən də deyirəm ki, siz müğalitlə (şişirtmə, cəfəngiyyat) edirsiniz. Müğalitlənin, hamınızın bildiyi kimi şeytanın fikridir. İlk müğalitə edən şeytandır.

 

Hücumu sorğu-sual edən alimlər, Əbubəkrin, Həzrəti Fatimənin evinə hücum etdiyini qəbul edir, ancaq onun qabırğalarının qırılmadığını irəli sürürlər. Soruşuram sizdən, təcavüzün özünü pisləmək başdan-başa yetərli qəbahət deyilmi? Hərbi qüvvələr evinizə basqın etsə və o vaxt biri gəlib "şüşələr qırılmayıb problem yoxdur" desə, bu, müğalitlə deyilmi? Hücumun özündə qırıb tökmək var. Bu istər ev əşyası istər insan orqanizmi olsun, hücum dağıntıya yol açır. Siz çıxıb hücum etdi amma bir şey olmadı deyirsiniz. Diqqət edin ki, şeytan ağlınızla oynamasın. Dönüb özünüzə bir soruşun görək, Fatimənin evinə niyə hücum edilib və yandırılmaqla təhdid edilib?

Rəsulallah (s) sağ ikən oraya (Fatimənin evinə) Məhəmməd bin Abdullahın evi deyib. Buna qarşı birinci xəlifə ilə ikinci xəlifə bu evə hücum edir. Peyğəmbər qızının evinə təziyə üçün getmək əvəzinə, Fatimənin evini yandırmağa getdilər! Bu, özümüzdən soruşma olduğumuz bir məsələ deyilmi? Bu sualı vermək var ikən, ağıllarını Həzrət Fatimənin qabırğalarının qırılıb qırılmadığı məsələsi ilə məşğul edirlər. Özünüzdən Məhəmməd bin Abdullahın (s) evinin nə üçün yandırıldığını soruşun.

Bu iki xəlifənin Rəslallahın (s) qızının evinə təziyə üçün getməsi lazım deyildimi? Atasını itirən bir insana təziyə vermək və təsliyet ərz etmək peyğəmbər sünnəti deyilmi? Onlar isə, təsəlli vermək əvəzinə Həzrət Fatimənin evinə bir ovuc atəş vurmağı üstün tutdular.

 

Məsələ 26: Həzrət Fatimənin evinə hücum edilməsi hadisəsi niyə gizlədilir?

 

Fatimənin (ə.s.) evinə təcavüz məsələsi haqqında vermək istədiyimiz əhəmiyyətli bir sual var. Niyə bu barədə iki üzlü davranılır? Bəzi vəhhabi qardaşlarımız (Allah onları bağışlasın) mövzu haqqında belə deyirlər: "Əgər rafiziləri (şiələri - red) qazanmaq istəyiriksə, Əbubəkrin Fatimənin (ə.s.) evinə təcavüzünü inkar etməliyik. Öz məclislərimizdə bu məsələni xalqa açıqlamaq üçün xüsusi söhbətlər edib, Fatimənin (ə.s.) (haşa) ağlının və dininin nöqsanlı olduğunu, xəlifəyə haqsızlıq etdiyini (Allaha pənah aparıram) deyə bilərik. Rafizi məclislərində isə şiə camaatın hisslərinə toxunmamalıyıq. Buna görə bu deyilənlərin uydurma olduğunu söyləməliyik".

Bu açıq-aşkar ikili oynamaqdır. Şiə və Əhli-sünnənin bölgələrində, təcavüz hadisəsinin əfsanə və yalan olduğunu deyirik. Digər tərəfdən öz vəhhabi məclislərimizdə isə, bu hadisənin İbn Teymiyyənin kitablarına görə də sübut olunmuş su aparmaz bir həqiqət olduğunu qəbul edirik. Çünki biz Fatimənin (ə.s.) evinə təşkil olunan hücumu mühakimə etsək, İbn Teymiyyəyə ləkə gətirmiş olarıq. Çünki İbn Teymiyyə, Fatimənin (ə.s.) evinə basqın təşkil olunduğunu deyir. Bu halda etməli olduğumuz şey, insanlara bunun uydurma bir əfsanə olduğunu deməkdir. Dini qorumaq üçün İslam tarixinin həqiqətlərini inkar etməliyik!

Əgər insanlar birinci xəlifənin Həzrət Fatiməyə etdiyini öyrənərsə, onu günahlandıraraq yolunu tərk edərlər. Vəhhabilər əlbəttə, Əbubəkrin İslamdakı imicinin zədələnməsini istəmir. Bir mütəfəkkirin dediyi kimi, Fatimənin (ə.s) evinə təşkil olunan hücumun ört-basdır edilməsi, sultanı (Əbubəkri) qorumaq üçün şərəfin, malın və dinin qəsb edilməsidir. Bu isə, Allahın, Peyğəmbərinin və Ali-Məhəmmədin sultan üçün fəda olunmasının istənilməsidir!. /
İslaminSesi

1968-ci ildə Yəməndə dünyaya gələn İsam əl-İmad Səudiyyə Ərəbistanının universitetlərində təhsil almış və Bin Baz kimi öndə gələn sələfi alimlərindən dərs almış vəhhabi alimi idi.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap