Berlin terrorçusu İŞİD komandiri ilə birbaşa rabitədə imiş
Posted on : Digər sahələr 10/16/2017 1:00:25 PM
Ötən ilin dekabr ayında Berlində terror törədən Tunis vətəndaşı Anis Amri İŞİD terror qruplaşmasının rəhbərlərinin birindən birbaşa göstəriş alırmış
Bu barədə Der Spiegel AFR dövlət təhlükəsizlik xidmətində mənbəyə istinadla xəbər yayıb.
Nəşrin məlumatına görə, Əmri İŞİD iyerarxiyasında “xarici əməliyyatlara” cavabdeh olan Əbu Bəraa əl-İraki ilə rabitədə idi. Bu ad həmçinin Almaniya hüquq mühafizəçilərinə miqrasiya böhranı ilə tanışdır: o, AFR-ə bir sıra terrorçuları qaçqın adı ilə yollayıbmış.
Xatırladaq ki, 2016 – ci ilin dekabrin 19-da AFR paytaxtında Əmrinin idarə etdiyi TIR tam sürətlə Berlində milad bayramı münasibəti ilə təşkil olunmuş bazara sürüb. Hadisə nəticəsində 12 nəfər həlak olmuşdu, 48 nəfər xəstəxanaya yerləşdirilib. Terrorçu Almaniyanı tərk edə bilsə dı Milanda İtalyan polisləri tərəfindən saxlanılıb.
|