header

 Zərif Moskvada rus və suriyalı həmkarları ilə danışıqlar aparıb

İranın xarici işlər naziri Moskvada Rusiya və Suriyanın XİN rəhbərləri ilə görüşüb, Suriya və regionun son durumunu onlarla müzakirə edib.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Moskvada rus həmkarı Sergey Lavrovla görüşündə müxtəlif mövzular o sıradan orta şərqin xüsusi ilə Suriyanın durumunu müzakirə edib, iki ölkənin region məsələlərində birgə mövqelərinin davam etməsini, terrorizm ilə regional və beynəlxalq mübarizənin vacibliyini vurğulayıb. 

Zərif Suriya böhranının siyasi həll yolu strategiyasının davam etməsi, xarici müdaxiləyə son qoyulmasını vacib adlandıraraq deyib: Suriyaya qarşı bəhanə edilən Suriyaya qarşı kimyəvi silahdan istifadə iddiası rədd edilməli və lazımı araşdırmalar aparılmalıdır. 

Görüşdə Rusiyanın XİN başçısı Sergey Lavrov da deyib: Suriya böhranının siyasi həlli ilə eyni zamanda bu böhranın həllinin gücləndirilməsi üçün birgə yollar diqqətdə saxlanılacaq. 

Bu görüşdə Zərif və Lavrov Suriya hadisələri o cümlədən Xan Şeyxun hadisəsi və bu bölgəyə edilən kimyəvi hücumun amillərinin müəyyənləşdirilməsi üçün müstəqil və bitərəf təhqiqatların aparılmasının vacibliyini müzakirə ediblər. 

İranın xarici işlər naziri bu gün Moskvada İran,Rusiya və Suriya arasında üç tərəfli iclasdan öncə Suriyalı həmkarı Vəlid Əl-Müəllim ilə də görüşüb. 

Bu görüşdə Məhəmməd Cavad Zərif və Vəlid Əl-Müəllim tərəfləri maraqlandıran mövzuları, orta şərqdə xüsusiylə Suriyadakı son durumu müzakirə edərək iki ölkənin böhranların siyasi həlli üçün birgə səylərinə təkid ediblər. 

İranın XİN rəhbəri Rusiyanın xarici işlər nazirinin dəvəti ilə Rusiya və Suriya xarici işlər nazirlərinin üçtərəfli iclasında iştirak etmək məqsədi ilə  bu gün bir heyət başında Moskvaya səfər edib. 

Moskva iclası Zərif, Lavrov və Vəlid Əl-Müəllimin Suriya böhranının siyası həlli üçün ikinci üçtərəfli iclası hesab olunur. 

İranın xarici işlər naziri Moskvada Rusiya və Suriyanın XİN rəhbərləri ilə görüşüb, Suriya və regionun son durumunu onlarla müzakirə edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap