header

 Bu Quran ayəsinə yalnız həzrət Əli (ə) əməl edib

Şiə alimlərinin və Əhli-sünnə müfəssirlərinin etiraflarına əsasən Qurani-Kərimin bu ayəsinə yalnız həzrət Əli əməl edib.

Yalnız İmam Əlinin əməl etdiyi Quran ayəsi “Nəcva ayəsi” adlanır. Məsələ bundan ibarətdir ki bəzən imkanlı şəxslər və eləcə də bir qism səhabə Peyğəmbərin yanına tez-tez gələr onunla yaxından söhbət edər, onun vaxtını həddən artıq alardılar.

 

Bu zaman Mucadilə surəsinin 12-ci ayəsi nazil oldu:

 

“Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daha pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir!”

 

Bu ayədən sonra nədənsə Peyğəmbərlə həmdəm olmağa gələnlər olmadı. Qummi öz təfsirində (cild-2, səh-357) İmam Sadiqdən nəql edir ki bu hökmə yalnız İmam Əli əməl etdi və baxmayaraq ki o həm də kasıb idi.

 

Bu zaman növbəti ayə nazil olub birinci hökmü aradan apardı və nəsx etdi:

 

“Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!”

 

Şiə alimlərinin və Əhli-sünnə müfəssirlərinin etiraflarına əsasən Qurani-Kərimin hökmü nəsx edilmiş bu ayəsinə yalnız həzrət Əli əməl edib.

Şiə alimlərinin və Əhli-sünnə müfəssirlərinin etiraflarına əsasən Qurani-Kərimin bu ayəsinə yalnız həzrət Əli əməl edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap