Yəmənlilərin raket hücumunda 100 səud muzduru öldürülüb
Posted on : Digər sahələr 10/16/2017 1:00:25 PM
Yəmənli mənbələr bu ölkənin qərbində yəmənli qüvvələrin raket hücumunda 100-dən çox səud muzdurunun öldürülməsindən xəbər veriblər.
Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, bir yəmənli hərbi mənbə
bildirib ki, Yəmənin ordusu və xalq komitələri dünən bir ədəd
"Qahir-2" raketini səud təcavüzkarlarının Ərəbistanın cənub-qərbindəki
Əlməxa məntəqəsində yerləşən mövqelərinə atıblar. Nəticədə 100 muzdur, o
sıradan bir neçə sudanlı zabit, eləcə də onlara aid olan yeddi ədəd avtomobil məhv
edilib.
Belə bir halda, Yoxsulluq, Aclıq və Ədalətsizliyin Kökünün Kəsilməsi üzrə Beynəlxalq
Yardım Qrupu- OKSFAM(OXFAM) Yəmən böhranını dünyadakı ən kədərli böhranlardan
biri adlandırıb və bildirib ki, bu ölkədə 19 milyon nəfərə yaxın insan, başqa
sözlə, bu ölkə əhalisinin 70 faizi fövqəladə yardımlara ehtiyaclıdır.
OKSFAM Ərəbistanın və onun muzdurlarının Yəmənə qarşı hücumlarının indiyə
kimi 46 mindən çox yəmənlinin həyatına son qoyulmasına və yaralanmasına bais
olduğunu bildirərək, əlavə edib: Yəməndə 3 milyondan çox insan bombardmanlar
ucbatından öz ev-eşiyini tərk etmək məcburiyyətində qalıbdır.
Ərəbistan ABŞ və İngiltərənin dəstəklərilə 2015-ci ilin martından Yəmən
xalqına qarşı hücumlara başlayıb. Məqsəd, Yəmənin istefa vermiş prezidenti Əbd
Rəbbuh Mənsur Hadini zorla hakimiyyətə qaytarmaqdır. Ərəbistan iri xərclər çəksə
də öz məqsədlərinə çatmaqda nakam qalıbdır.