header

 Lavrov: Suriya hökuməti üçün hər cür gərginliyin yaradılması terrorçulara dəstək istiqamətindədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ABŞ-ın dövlət katibi Reks Tillerson ilə birgə mətbuat konfransında deyib ki, Suriya hökumətini zəiflətmək üzrə hər cür səy təkcə bu ölkədəki terror qruplarına kömək edəcəkdir.

IRIB-nin məlumatına görə, Lavrov bildirib ki, Moskva Xan Şiyxun hadisəsilə bağlı Vaşinqtonla fikir ayrılığına malikdir. O, qeyd edib ki, bu şübhəli hadisə bitərəf şəkildə və beynəlxalq ekspertlər tərəfindən araşdırılmalıdır.

 

Ölkəsi altı il bundan öncədən bəri Suriyadakı terror qruplarının ən əsas himayədarı olan ABŞ-ın dövlət katibi deyib ki, Vaşinqton və Moskva Suriya barədə bir-birilərilə ixtilafa malikdirlər.

 

Reks Tillerson Suriyadakı terrorçuları himayə istiqamətindəki əsassız sözlərini təkrarlayaraq, iddia edib ki, Dəməşq Xan Şiyxun hadisəsinin amilidir.

 

Tillerson həmçinin qeyri-diplomatik və həyasızcasına bir ifadədə Suriya prezidenti Bəşşar Əsədin hakimiyyətdən kənarlaşdırılması vacibliyini vurğulayıb.

 

Terrorçuların Suriya hökumətini devirmək sahəsində altı il aciz qalmasından sonra bu günlər Amerika regiondakı terror qruplarının əsas himayədarı kimi Suriya hökumətini zəiflətmək üçün bir çox cəhdlərə əl atıbdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ABŞ-ın dövlət katibi Reks Tillerson ilə birgə mətbuat konfransında deyib ki, Suriya hökumətini zəiflətmək üzrə hər cür səy təkcə bu ölkədəki terror qruplarına kömək edəcəkdir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap