header

 İllik AİPƏK konfransında “Azərbaycan-İsaril əlaqələri”nə dair simpozum və bununla əlaqədar neçə sual

Dünyada işğalçılıq siyasəti Azərbaycan respublikasının AİPƏK konfransında iştirak etməsilə öz təsdiqini tapmışdır

Tashaio.com - ABŞ-n ən nüfuzlu yəhudi təşkilatı olan AİPƏK tərəfindən Uaşinqtonda siyasi konfrans keçirilmişdir. Təşkilatın 19 min nəfərin iştirakı ilə keçirilən bu ilki konfransında 26 martda keçirlən “İsrail və Qafqaz regionunun yeni tərəfdaşları” adlı xüsusi simpozum Azərbaycan respublikası və İsrail arasındakı əməkdaşlıq münasibətlərinə həsr olunmuşdu. Azərbaycan respublikasının ABŞ-daki səfiri Elin Süleymanov neçə ildir ki, AİPƏK konfransının sabit iştirakçısıdır və bu konfransa da özəl məruzəçi kimi qatıldı. Azərbaycan diplomatı sözlərinin başlanğıcında dövlətin Azərbaycan xalqına göstərdiyi sıxıntılara işarə etmədən bu ölkədə müsəlmanlarla yəhudolərin və digər din qruplarının birgə və dinc yaşayışına işarə etdi. Azərbaycan respublikasının səfiri İsrailin Azərbaycanın ən yaxşı dostlarından biri kimi adını çəkdi. O, İsrail rəsmilərinin ölkəsinə etdiyi mütəmadi səfərlərinə işarə edərək xatırlatdı ki, bu gəl-get mədəni, siyasi və humanitar əlaqələrin inkişafına səbəb olmuş və daha da möhkəmlənməsinə səbəb olacaqdır.  O, öz sözlərinin davamında Azərbaycan respublikası və Amerikanın enerji və terrorçuluğa qarşı mübarizə sahələrindəki əməkdaşlıqlarını və Amerikanın regiondakı enerji layihələrinin daimi dəstəklədiyini vurğulamışdır. O, həmçinin Amerikanın cənubi Qafqazdakı uzunmüddətli mənafeyinə əsaslanan strateji funksiyasını geosiyasi sahələri üçün zəruri hesab etmişdir. Avrasiya yəhudilərinə dəstək milli koalisiyanın icraçı direktoru Mark Luinin idarəçiliyi ilə keçirilən simpozumda Corc Taun universitetinin tədqiqatçısı və Hifa universitetinin professoru Branda Şiffer, Ortaasiya və Qafqaz institutu, eləcə də Can Hokinz universiteti İpəkyolu araşdımalar proqramının sədri Svant Korner çıxış etmişlər. Svant Korner və Branda Şiffer öz çıxışlarında Azərbaycan respublikasının açıq və tolerant ictimaiyyətinə işarə edərək prezidentin bu istiqamətdəki rolunu vurğulamışlar. Onlar Azərbaycan respublikasının işğal olunmuş 20 faiz ərazisinin azad olunması zəruriliyinə işarə etmədən yəhudilərin bu ölkədəki əlverişli şəraitindən danışmış və Azərbaycan respublikasını alqışlamışlar. Bu haqda neçə sual irəli sürmək olar:

1-görəsən Azərbaycan respublikasınının səfirinin sionist işğalçı rejimin tərəfdarlarının toplaşdığı bir konfransda iştirak etməsi dünya səviyyəsindəki işğalçılıq siyasətini təsdiq etmək deyildirmi?

 2-niyə müsəlman bir ölkənin səfiri elə bir konfransda iştirak edir ki, onun bütün planları islam və müsəlmanların ziddinə və imperialist siyasətlərinin dünya səviyyəsində təsbitinə yönəlmişdir?

3-niyə Azərbaycan respublikasının məsulları işğal olunmuş ərazini azad etmək üçün dünya müsəlmanlarının və xüsusilə Azərbaycan əhalisinin Aşura qüdrətinə arxalanmaqdansa müsəlmanların and içmiş düşməni olan sionist lobbisinə arxalanır və etimad edir?

 4-görəsən Azərbaycan respublikası dövlət adamlarının belə konfranslarda iştirak etməsi bu ölkənin müsəlman əhalisinin müqəddəratını sövdələşmək deyildir? Belə ki, bir tərəfdən qüdrət Əliyev ailəsində  təsbit olur, digər tərəfdən isə dünya imperializminin, xüsusilə İsrail və Amerikanın regional maraqları təmin olur.

5-Doğrudan da bu kimi əlaqələrin Azərbaycan respublikasının siyasi və iqtisadi problemlərinin həllinə, xüsusilə 20faiz işğal olunmuş ərazinin azad olunmasına hansı təsiri buraxa bilər?

6- yaxşı olmazdımı ki, müsəlman bir ölkənin səfiri böyük şeytan, yəni cinayətkar Amerikanın mənafeyinin təmin olunmasına söz verməkdənsə müsəlmanların mənafeyini nəzərə alaydı? Niyə Azərbaycan respublikası dövlət adamları Amerika və İsrailin nökəri olan və onların regional hədəflərini təmin edən Qəddafi, Səddam, Məhəmmədrzaşah Pəhləvi, Hüsni Mübarək və başqa diktatorların taleyindən ibrət götürmürlər?

Şübhəsiz, Azərbaycan respublikasının qeyrətli və müsəlman əhalisi dövlətin apardığı bu kimi xəbis siyasətləri qəbul etməyəcək, müsəlmanların ilk qibləsinin işğalçılarına dostluq əlini verməyəcəklər.

qeyd etmək lazımdır ki, AİPƏK tərəfindən təşkil edilmiş konfransda əsas mövzular Amerika-İsrail münasibətlərinə həsr edilsə də Azərbaycan respublikasının Qafqaz və dünya siyasətindəki roluna həsr edilmiş simpozumun özü düşündürücüdür. Deməliyik ki, Amerika-İsrail əlaqələri komitəsi (American Israel Public Affairs Committee) AİPƏK ABŞ-da ən qüdrətli lobbilərdən biridir. 100000-dən çox üzvü olan bu qrup hər il Amerika dövləti və qanunvericiliyinin müsəlmanlara qarşı siyasətinə nüfuz etmək üçün milyonlarla pul buraxır. 

Dünyada işğalçılıq siyasəti Azərbaycan respublikasının AİPƏK konfransında iştirak etməsilə öz təsdiqini tapmışdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap