header

 Trampın Rusiyada səfir görmək istədiyi adamın Ermənistanda əlaqələri ortaya çıxıb

Xəbər verdiyimiz kimi, keçmiş qubernator, səfir və vaxtilə Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş Con Hantsman ABŞ-ın Rusiyadakı səfiri təyin edilə bilər.

ABŞ-ın Foreign Policy jurnalının yazdığına əsasən, Hantsman artıq bu təklifə razılığını verib.

 “Bu seçim təsdiqlənərsə, olduqca təəccüblü görünməlidir. Çünki Tramp vəzifə təyinatlarında həmişə sədaqəti təcrübədən üstün tutub. Hantsman isə əvvəllər Trampı tənqid edənlərdən biri olub. Buna rəğmən Yuta ştatının keçmiş qubernatoru hələ 2016-cı ilin aprelindən gələcək prezidentə dəstək verib”, - jurnal qeyd edir.

 Mətbuatın yazdığına əsasən, Hantsman Yuta ştatında varlı mormon ailəsində dünyaya gəlib. O, 1992-1993-cü illərdə, yəni cəmi 32 yaşında ABŞ-ın Sinqapurdakı səfiri vəzifəsinə təyin edilib. 2005-2009-cu illərdə doğma ştatıYutada 90%-lik səslə qubernator vəzifəsinə seçilib.

 2009-cu ildə isə prezident Barak Obama onu daha vacib diplomatik missiyaya göndərib, ABŞ-ın Çin Xalq Respublikasında səfiri təyin edib.

 Hantsmanın Çindəki missiyası cəmi iki il çəkib. 2011-ci ilin fevralında onu Pekinin Vanfutzin küçəsindəki ticarət zonasında anonim fəalların nümayişi zamanı küçədə gəzən görüblər . Çin hakimiyyəti dərhal gənc səfiri ölkədə hökumət çevrilişi törətmək cəhdində ittiham edib. Bu səbbdən 2011-ci ilin aprelində Hantsman Pekindəki vəzifəsindən vaxtından öncə getməli olub.

 Hazırda Hantsman Vaşinqtonda yerləşən “Atlantik şurası” (Atlantic Council) analitik mərkəzinə rəhbərlik edir.

 Bundan başqa, Con Hantsman Chevron, Caterpillar, Inc.; Ford Motor Company; Hilton Worldwide Holdings Inc. kimi nəhəng şirkətlərin direktorlar şurasının üzvüdür.

 Ekpertlərin rəyinə görə, Hanstmanın iş və diplomatiya dünyasında əldə etdiyi nüfuz onun namizədlyinin Konqresdən rahatlıqla keçəcəyini göstərir.

 Bu arada erməni mətbuatı Con Hantsmanın, daha doğrusu, onun ailəsinin Ermənistanla əlaqələri barədə informasiya dərc edib.

 Erməni qəzetləri Con Hanstmanın vaxtilə Ermənistana böyük sərmayə qoyan böyük Con Hantsmanın oğlu olduğuna diqqət çəkirlər.

 Böyük Con Hantsman 1988-ci ildə Spitak zəlzələsində Ermənistana yardım edənlərdən biri olub. Onun Ermənistanın məktəb və xəstəxana tikintisi kimi infrastruktur xərclərinə 50 milyon dollar pul ayırdığı bilinir.

 Bundan başqa, Hantsmanlar İrəvanda böyük kafel zavodu açıb, mənzil kompleksləri inşa ediblər. Con Hantsman erməni tələbələrin ABŞ-ın Yuta ştatında təhsil alması üçün külli miqdarda maliyyə yardımı ayırıb. Bu xidmətlərinə görə, böyük Con Hantsman Ermənistanda iki medala da layiq görülüb.

 Lakin Con Hantsmanın adı Ermənistanda daha çox 2013-cü ildə partlayan siyasi skandalla xatırlanır.

 Xatırladaq ki, həmin il Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti Vardan Oskanyan tərəfindən 2008-ci ildə yaradılan “Sivilitas” fondu vasitəsilə çirkli pulların yuyulması ilə bağlı cinayət işi qaldırmışdı.

 İstintaq zamanı ABŞ-da yerləşən “Polimer Materials” və “Hantsman interneşl” şirkətlərinə məxsus Ermənistanda təsis edilən “Hantsman Bildinq Prodaksn” şirkətinin 100%-lik səhmlərinin 2 milyon dollara satıldığı, lakin satışın vergi orqanlarından gizli saxlanılaraq əldə olunan gəlirin “Sivilitas” təşkilatına köçürüldüyü müəyyən olunmuşdu.

 ABŞ şirkəti tərəfindən ölkədə xeyriyyə məqsədlərlə istifadə olunması üçün fonda verilən verilən 1 milyon 135 min dolların dolların isə heç də “xeyriyyə” məqsədlərinə görə xərclənmədiyi, hamısının Oskanyanın cibinə axdığı ortaya çıxmışdı.

Xəbər verdiyimiz kimi, keçmiş qubernator, səfir və vaxtilə Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş Con Hantsman ABŞ-ın Rusiyadakı səfiri təyin edilə bilər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap