header

 Netanyahunun Moskva Səfərinin Pərdə Arxas.

"İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Moskvaya reallaşdırdığı səfərdə, rəsmi Moskvanı İranın Suriyadakı nüfuzuna maneə törətməyə çağırıb.

Moskvada nəşr olunan Kommersant qəzeti bu gün nəşr etdiyi bir analizdə bunları yazıb: "İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Moskvaya reallaşdırdığı səfərdə, rəsmi Moskvanı İranın Suriyadakı nüfuzuna maneə törətməyə çağırıb. Bu səfər Netanyahunun Amerikada hökumətin dəyişməsi və Suriyada atəşkəsin elan edilməsindən sonra reallaşan ilk səfəridir. Dünya siyasət arenasında baş verən əhəmiyyətli dəyişikliklər Rusiya və İsrail liderləri arasındakı danışıqları çox əhəmiyyətli edir. İsrailli diplomatik qaynaqların açıqlamalarına görə, Amerika prezidenti Donald Trump'ın dəstəyini alan Netanyahu, Rusiyanın Dövlət başçısı Vladimir Putini İranın bölgədəki nüfuzuna maneə törətməy məqsədi ilə bir təşkilat yaradılmasına razı etməyə çalışır.

İsrail baş nazirinin Moskvaya səfəri Netanyahunun fevralayında İngiltərə Baş naziri Theresa May ilə Londonda vəsonra Amerika prezidenti Donald Trump ilə Vaşinqtonda vəqərbli liderlərlə reallaşdırdığı görüşlərin davamı olaraq qiymətləndirilir. Barak Obama hökumətinin İran mövzusundamüvəffəqiyyətli ola bilməydiyini bildirən Netanyahu, Amerikanın yeni başçısı vəzifəyə başladıqdan sonra Amerika BirləşmişŞtatlarında siyasi sahədə yaşanan dəyişmədən öz lehinə istifadə etmək üçün dərhal Amerikaya səfər etmişdir.

Yeni ilin əvvəlindən etibarən Moskva, Netanyahunun üçüncü hədəfidir. Bu səfərlərin içərisində ən müvəffəqiyyətli olanları, İran iləaparılan Nüvə Sazişinin dünya tarixindəki ən pis anlaşama olduğunu düşünən Amerikanın yeni prezidenti ilə reallaşangörüşmələrdir. Trump bu görüşdə Netanyahuya bunları söyləmişdir: "hökumətim indidən İrana qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür və gələcəkdə də İranın nüvə silahı əldə etməsinə maneə törətmək üçün daha çox iş aparılacaq."

İsrailin Baş naziri Moskvada daha artıq səy göstərməlidir.
Benyamin Netanyahu Vladimir Putin ilə reallaşdırdığı görüşdə Nüvə Sazişi məsələsinə də toxunaraq, İranın Suriyadakı qeyri-konstruktiv mövqe tutduğunu vurğulayıb, bu mövzunun Rusiyanın mənfəətlərini də əhatə etdiyini bildirərək Rusiyanı İranla əməkdaşlıqdan çəkindirmək istəyib.
İsrailin Livan Hizbullah Hərəkatının güclənməsindən qorxur

İsrailli diplomatik qaynaqlar bunları bildirib: "İran əsgərlərinin Golan təpələrindəki tutduğu mövqelər, neçə olursa olsun qəbuledilməzdir. Çünki İran liderləri dəfələrlə İsrailin yox olmasının İranın hədəfi kimi vurğulayıblar. Eyni zamanda bizim üçün əsltəhlükə, İranın bizim sərhədlərimizdə davamlı olaraq Hizbullahı dəstəkləməsidir. Hizbullahın Rusiya istehsalı silahlar kimimüasir hərbi silahlar əldə etməsi İsrail üçün qəbul edilə bilməz bir vəziyyətdir. Biz Rusiya tərəfindən Suriya Ordusuna verilənsilahların Hizbullahın əlinə keçməməsi mövzusunu çox diqqətli bir şəkildə təqib edirik. "

İrana qarşı bir koalisiya yaratmaq üçün Rusiyanı cəzbetme səyləri

Moskva Dövlət Universitetinin Tarix, Politologiya və Hüquq Müəllimi Qreq Cusach, Netanyahunun Moskvaya səfərinin, Amerika,İsrailin, Körfəz ölkəsləri və Türkiyədən ibarət olan İrana qarşı yaradılacaq olan koalisiyaya Rusiyanı da cəzb etmə istiqamətindəbeynəlxalq səylərin bir parçası olduğunu düşünür.

Bu mütəxəssis Kommersant-a bunları söyləyib: "İsrail tərəfinin İranın Suriyadakı fəaliyyətlərinin faydalı olmadığı və Yaxın Şərqəzərər verdiyi istiqamətindəki sözləri, eyni Səudiyyə Ərəbistanı və Körfəz ölkələri rəsmilərinin açıqlamaları kimidir. İsrail və bu ərəb ölkələri arasında diplomatik əlaqələr olmamasına baxmayaraq, biz iki tərəfin də İranın bölgədəki nüfuzundan narahatlıqduyduğuna şahid oluruq. "

 

"İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Moskvaya reallaşdırdığı səfərdə, rəsmi Moskvanı İranın Suriyadakı nüfuzuna maneə törətməyə çağırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap