Ruhani C.Şəfiyev: Şeyx Sərdarın həbsi ilə bağlı ortada dəyişməyən bir həqiqət var...
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Xəbər verdiyimiz kimi bu gün Nizami rayon Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsinin keçirilib.
Ruhani Hacı Cəlal Şəfiyev
Maide.Az-a Şeyx Sərdarın bu gün keçirilən məhkəmsi ilə bağlı bunuları dedi:
“Ortada dəyişməyən bir həqiqət var. Şeyx Sərdar kimi bir elm adamının və ağır şəkər
xəstəliyi olan bir ruhaninin azadlığı haqsız olaraq əlindən alınıb. Bu Şeyx Sərdarı
sevən böyük xalq kütləsini narahat edir. Şeyx Sərdarın həbsinə etiraz edən kütlə
ötən bu 17 gün ərzində müxtəlif formalarda öz etirazlarını bildirsələr də, nəticədə
dəyişən heç bir şey yoxdur. İttiham olunduğu maddə - 168.1.3 hələ də qüvvəsindədir.
Şeyx Sərdarın əsassız bir ittihamla həbsdə saxlanıldığı hər bir gün ona və onu
sevənlərə qarşı haqsızlıqdır”.
Ruhani C.Şəfiyev həmçinin əlavə edib: Qeyd etmək
istəyirəm ki, Şeyx Sərdarın barəsində olan 37 günlük həbs qəti-imkan tədbiri bəzilərində
həmin müddət bitdikdən sonra onun sərbəst
buraxılması ilə bağlı çaşqınlıq yaradıb. Bu belə deyil, bu müddət məhkəmənin qərarı
ilə istintaq dövrü üçün nəzərdə tutulub və artırıla bilər.
Qeyd edək ki, Şeyx Sərdarın növbəti məhkəmə
baxışı mart ayının 16-da Şirvan şəhər Apellyasiya Məhkəməsində saat 11:00-da
baş tutacaq.