Əbu Bəkr Bağdadi Amerikanın köməyi ilə Mosuldan qaçdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
İraqın "Xalq Könüllüləri Ordusu"nun yüksək rütbəli komandirlərindən biri deyib ki, amerikalı hərbiçilər Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən qaçmasına kömək ediblər.
İraqın "Xalq
Könüllüləri Ordusu"nun (əl-Həşd əş-Şəəbi) yüksək rütbəli komandirlərindən
biri deyib ki, amerikalı hərbiçilər İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr
Bağdadinin Mosulun sağ sahili tərəfdən qaçmasına kömək edib.
İraqın "Xalq Könüllüləri Ordusu"nun
(əl-Həşd əş-Şəəbi) yüksək rütbəli komandiri Cavad ət-Təlibavi
"Sumariyya-nyuz" xəbər agentliyinə müsahibəsində deyib ki, əldə
etdiyimiz məlumatlara əsasən, amerikalı hərbiçilər İŞİD terrorçu qruplaşmasının
başçısı Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən "Əl-Qeyrəvan"
rayonuna qaçmasına kömək edib.
O vurğulayıb: "Bizim kəşfiyyat tağımımız
Əbu Bəkr Bağdadinin Mosulun cənubdan 80 km.-liyində yerləşən Əl-Qeyrəvan və əl-Həzər
rayonları ərazisində yerdəyişmə halındadır".
ABŞ-ın müdafiə nazirliyinin (pentaqon) yaydığı
məlumata görə isə Əbu Bəkr Bağdadi həftənin 3-cü günü Mosuldan qaçıb və səhralıq
ərazilərdə gizlənib.