header

 ANADAN ƏZİZ, YENƏ ANADIR!

9 mart - 20 cəmadiül-axır - Həzrət Fatimeyi – Zəhranın (s.ə) mövlud günüdür

Xanim Fatimeyi-Zəhranın (s.ə.) mövludu və (İslamda) “Analar günü” münasibətilə bu ilahi və mənəvi analıq məqamı, anaya xidmət və ehtiramın bərəkət və faydaları haqda bir neçə mətləbə toxunmaq istəyirik:

1. Bir hədisdə buyurulur:

جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ (ص) فَقَالَ: يَا رَسُولَ اللَّهِ! مَنْ‏ أَبَرُّ؟ قَالَ: أُمَّكَ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ:‏ أُمَّكَ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ أُمَّكَ قَالَ ثُمَّ مَنْ؟ قَالَ أَبَاكَ.

Bir gün bir kişi Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib soruşdu: “Ey Allahın Rəsulu! Hamıdan çox kimə yaxşılıq edim?” Həzrət buyurdu: “Anana.” Soruşdu: “Ondan sonra?” Həzrət buyurdu: “Anana.” Üçüncü dəfə soruşduqda, o həzrət yenə “Anana!” – deyə cavab verdi. Sual dördüncü dəfə təkrar olunduqda, Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Atana!” (“Əl-kafi”, Kuleyni, 2-ci cild, səh.159.)

2. Başqa bir rəvayətdə göstərilir ki, bir gənc oğlan müharibədə iştirak etmək üçün Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gələrkən, Həzrət ondan soruşur:

«ألک والدة؟»، قال: «نعم»، قال: فالزمها فانّ الجنّه تحت قدمها

“Anan varmı?” Gənc oğlan “Bəli!” – deyə cavab verdikdə, Həzrət buyurur: “Onda anana xidmət et ki, həqiqətən, cənnət anaların ayaqları altındadır.” (“Camius-səadat”, Məhəmmədmehdi Nəraqi, 2-ci cild, səh.276.)

Allah-Taala Qurani-Kərimin “Nisa” surəsinin 36-cı ayəsində tövhid və Allaha pərəstiş məsələsindən sonra ata-anaya ehtiram və yaxşılıqdan söz açaraq buyurur:

وَ اعْبُدُوا اللَّهَ وَ لا تُشْرِكُوا بِهِ شَيْئاً وَ بِالْوالِدَيْنِ‏ إِحْسانا

“Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın və ata-anaya yaxşılıq edin!”

3. Bir gün həzrə Musa (ə) münacat edərkən Allah-Taaladan istəyir ki, onun cənnətdəki yoldaşını tanıtdırsın. Xitab olunur: “Musa! Həmin şəxsi fılan məntəqədə görə bilərsən. O, gənc bir oğlandır və cənnətdə səninlə həmnişin olacaq.” Həzrət Musa (ə) onun sorağına gedir və uzaqdan onun nə işlə məşğul olacağını və hansı layiqli əməllər yerinə yetirəcəyini izləməyə başlayır. Amma onda nəsə qeyri-adilik görmür. Həmin şəxs axşama yaxın işdən çıxdıqda, həzrət Musa (ə) özünü tanıtdırmadan ona yaxınlaşıb xahiş edir ki, onu bir gecə qonaq saxlasın. Həzrət Musa (ə) bu minvalla onu yaxından tanımaq, Allahın peyğəmbəri ilə həmnişinliyinə səbəb hansı işlər və ibadətlərlə məşğul olacağını öyrənmək istəyirdi.

Gənc oğlan qəbul edir və evə daxil olub, öncə yemək hazırlayır, sonra əl-ayağı iflic qoca anasının sorağına gedir. Səbir və hövsələ ilə anasına yemək verir, libasını dəyişdirir və üst-başını təmizləyir.

Həzrət Musa (ə) onunla vidalaşarkən, özünü ona tanıtdırır və soruşur: “Sənin xidmət etdiyin bu qadın kimdir? Sən ona yemək yedizdirdikdən sonra, başını göyə qaldırıb nəsə deyirdi.” Gənc oğlan deyir: “Mənim anamdır. Hər dəfə ona yemək yedizdirəndə, məni dua edir: “İlahi, onu cənnətdə İmran oğlu Musa ilə həmnişin et!” Həzrət Musa (ə) gənc oğlanı müjdələyib deyir: “Ananın duası qəbul olundu! İmran oğlu Musa mənəm!” (howzeh.net)

Bu gün bəşər uzunömürlülük, həyatın bərəkətli olması, qazanc yeri və ruzi bolluğu üçün var gücü və himməti ilə çalışır. İslamın isə, bu məsələ ilə bağlı tövsiyəsi dəqiq, eyni zamanda ağrı-acısızdır. Məsələn, bir hədisdə Peyğəmbəri-Əkrəm (ə) buyurur:

مَن سَرَّهُ أنْ يُمدَّ لهُ في عمره ويبـسط له في رزقِهِ فَلْيصِل أبويهِ فإنّ صلتهما طاعـةُ الله

“Hər kim ömrünün uzun və ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin. Həqiqətən, onlara xidmət Allah-Taalaya itaətdir.” (“Biharul-ənvar”, 71-ci cild, səh.85.)

İslamın görkəmli alimi Şeyx Ənsarinin əhvalatında nəql olunur ki, o, anasını belinə götürüb hamama aparar, hər gecə evə qayıtdıqdan sonra anasının əlindən öpər və sübh anasının icazəsi ilə evdən çıxarmış. Anası vəfat etdikdən sonra, daim ağlayar və deyərmiş ki, anaya xidmət kimi böyük bir nemətdən məhrum olmuşam. Şeyx anasının vəfatından sonra, işinin çoxluğuna və anasının dindar olmasına rəğmən, onun bütün vacib namazlarını yenidən qılır! (tebyan.net)

Bəli, Allahın Öz bəndələrinə hədiyyə etdiyi ilahi nemətlərin ən üstünü valideyn və məxsusən anadır! Allah-Taala anaya xidmət və ehtiram sayəsində Öz bəndələrinə xüsusi bərəkətini nazil edir, ruzisini artırır, ömrünü uzadır və hətta cənnətdə peyğəmbərlərlə həmnişin edir!

Rza Şükürlü (Maide.az)

9 mart - 20 cəmadiül-axır - Həzrət Fatimeyi – Zəhranın (s.ə) mövlud günüdür
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap