Mehman Hüseynovun məhkəməsinin vaxtı məlum olub
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Bu barədə onun vəkili məlumat verib
Bloqer Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq
tarix məlum olub.
İslamazeri.az-ın xəbərinə görə, bu haqda açıqlama verən vəkil
Elçin Sadıqov bildirib ki, iclas mart ayının 29-u baş tutacaq. Belə ki,
M.Hüseynov barəsində verilən ilk qərardan Apellyasiya Məhkəməsinə şikayət əsasında
məhkəmə prosesi keçiriləcək. Bloqer iclasda iştirak edəcək və hakim Vaqif
Mursaqulovun önünə çıxacaq. Məhkəmə prosesi açıq keçiriləcək.
Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsi bloqer barəsində həbs qərarı çıxarıb. O, 2 il müddətinə
adazlıqdan məhrum edilib.
Mehman Hüseynov ictimaiyyətə Nəsimi RPİ-də fiziki təzyiqə məruz
qaldığını dedikdən sonra həmin idarənin rəisi Musa Musayev ondan məhkəməyə
şikayət edib. Rəis böhtan iddiası ilə məhkəmədən bloqerin cəzalanmasını tələb
edib. Həmin iddia əsasında məhkəmənin qərarı ilə Mehman Hüseynov təqsirli
bilinib.