header

 Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu

ABŞ prezidenti Donald Trampın ilk dəfə ləğv edilməsinə baxmayaraq, viza qadağasından əl çəkməməsi və yeni fərmanı imzalaması ölkə daxilində etirazlara səbəb olub

martın 16-da Trampın sərəncamına qarşı "müqavimət həftəsi"nə başlayan Nyu Yorkdakı inanclı qruplar, Vaşinqton meydanında toplaşıblar. Varik küçəsindəki ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri İdarəsinin qarşısına qədər yürüş edən nümayişçilər, "İnanc qorxudan daha böyükdür" şüarını səsləndirərək, Tramp və sərəncamına etiraz ediblər.

Nümayişçilər daha sonra yolu bağlayaraq, nəqliyyatın hərəkətini dayandırıblar. Mülki itaətsizlik aksiyası keçirən nümayişçilərdən 25-i saxlanılıb.

ABŞ-ın Çikaqo şəhərində də Trampın viza qadağası siyasətinə qarşı aksiya keçirilib.

"Ərəb-Amerika Hərəkatı" adlı qrup tərəfindən təşkil edilən aksiya Çikaqo Pasport İdarəsinin qarşısında keçirilib. Əksəriyyəti müsəlman amerikalılar olan, təxminən 100 nəfərlik qrup, "Faşist ABŞ-a yox", "Hamı üçün demokratiya" yazılı plakatlar daşıyıblar.

Çıxışlardan sonra nümayişçilər "Trampa, Ku Kluks Klan və irqçi ABŞ-a yox", "Nifrəə yox", "Qorxuya yox", "Miqrantlar bura xoş gəlmişsiniz", "Ədalət yoxdursa, sülh də yoxdur" şüarlarını səsləndiriblər.

 

Polisin təhlükəsizlik tədbirləri altında həyata keçirilən aksiya insidentsiz başa çatıb.

 

Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu

ABŞ prezidenti Donald Trampın ilk dəfə ləğv edilməsinə baxmayaraq, viza qadağasından əl çəkməməsi və yeni fərmanı imzalaması ölkə daxilində etirazlara səbəb olub
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap