header

 Dünya ictimaiyyətinin insan haqlarının pozulması qarşısında susması onu etibarsız edib

Tehranın müvəqqəti imamcüməsi deyib: Dünya ictimaiyyətinin dünyada, o sıradan Myanmada müsəlmanların qırğın edilməsi və Ərəbistanın Yəməndəki cinayətləri qarşısında susması insan haqlarını müdafiə üzrə beynəlxalq təşkilatların etibarını aradan götürübdür.

Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyrin İrana qarşı nalayiq sözlərinə toxunaraq, əlavə edib: İranın regionda terrorçuluğu dəstəkləməsi iddiası elə bir halda irəli sürülür ki, səudlar özlərinin Yəmənin məzlum xalqına qarşı iki illik təcavüzlərilə uşaq qırğını törətməklə bu ölkədə qanı su yerinə axıdıblar. 

Ayətullah Movəhhedi Kermani səud başçılarına müraciət edərək, deyib: Cinayət və zülmü davam etdirməklə ölkənizi məhvə doğru sürükləyəcəksiniz.

Ayətullah Movəhhedi Kermani İranın prinsipial siyasətinin Qurani-Kərim ayələrinə əsaslandığını və daim məzlumu himayə etdiyini bildirərək, deyib: Pəhləvi diktaturası dövründə Amerikanın əlaltısı olan İran hazırda regional bir qüdrətə çevrilib.

O, sonra bəzi Qərb və regiondakı bəzi ərəb ölkələrinin insan haqlarını himayə iddiası ilə çıxış etmələrini həyasızlıq adlandıraraq, deyib: Özləri insan haqlarının ən böyük pozucuları olan bəzi ölkələr hazırda özlərini dünyada insan haqlarının yüksəldicisi kimi təqdim edirlər.

Tehranın müvəqqəti imamcüməsi İranda keçiriləcək qarşıdakı seçkilərə toxunaraq, seçkiləri İran xalqı üçün ən böyük imtahan və ilahi əmanət adlandırıb və deyib ki, İran xalqı bu seçkilərdə layiqli şəxsə səs verməli və bu məsələdə qəflətə qapılmamalıdır.

Tehranın müvəqqəti imamcüməsi deyib: Dünya ictimaiyyətinin dünyada, o sıradan Myanmada müsəlmanların qırğın edilməsi və Ərəbistanın Yəməndəki cinayətləri qarşısında susması insan haqlarını müdafiə üzrə beynəlxalq təşkilatların etibarını aradan götürübdür.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap