header

 Ümid qapıları üzünə bağlanan insan - AİP lideri Mövsüm Səmədov intihardan yazır

Son günlər intiharla hadisələrinin yenidən gündəmi zəbt etməsini və problemin artıq cəmiyyətimiz üçün ciddi bir problemə çevrildiyini nəzərə alaraq ruhani alim, AİP lideri Doktor Mövsüm Səmədovun bir neçə il bundan öncə intiharlar haqqında qələmə aldığı məqaləsini təqdim edirik.

Bildiyimiz kimi Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra müxtəlif hadisələrlə üzləşib. Bu proseslər hər nə qədər müsbət xarakter daşıyırsa da, xalqımızın rifahında da o qədər təsir qoya bilib.

 Cari ildə ardıcıl həyata keçirilən intihar hadisələri cəmiyyətimizdə onsuz da mövcud olan Qarabağ problemini, iqtisadi-sosial sahədəki gərginliyi, hicab məsələsini, hərbi hissələrdə baş verən özbaşınalıqları və sairləri arxada qoyub.

İntihar bütün İlahi məktəblərdə birmənalı olaraq pislənsə də, təəssüf ki, ötən əsrdən başlayaraq Qərbdə, xüsusən Avropada dərin kök salıb və cəmiyyətləri həlli çox ağır olan sual qarşısında qoyub. Sekulyar təfəkkürünə günbəgün qərq olan Qərbdən fərqli olaraq müsəlman dünyası bu fəlakətdən kifayət qədər sığortalanmayıb.

Amma təəssüflər olsun ki, vətənimizdə bu hadisələr adi hala çevrilməkdədir. Müşahidələr göstərir ki, problem yaşlı nəsli deyil, daha çox cavanlarımızı təhdid edir və bu da böhranın dərinliyindən xəbər verir. İntihar o zaman baş verir ki, bu addımı atan şəxsin zehnə gələn bütün ümid qapıları onun üzünə bağlanır.

Hərçənd ki, bu sahədə çalışan mütəxəssislər onun səbəbinin müxtəlif sahələrdən yarandığını qeyd edirlər. Unutmaq olmaz ki, insanın belə psixoloji duruma düşməsinə əsas səbəblərdən biri də iqtisadi və sosial sahədə olan gərginliklərdir. Bu da səbəb olur ki, mövcud problemdən çıxış yolunu intiharla tapmağa çalışsınlar. İntihara təhrik edən məsələlərdən biri kimi iqtisadi və sosial çətinliklərdən yaranan ailədaxili iğtişaşları da vurğulamaq lazımdır.

Razılaşaq ki, bunların hər biri təklikdə kifayət qədər vacib amil ola bilər və bir çox insanlar müxtəlif zamanlarda bu kimi problemlərlə üzləşiblər. Amma çıxış yolunu intiharda görməyiblər.

Belə başa düşülür ki, insanı intihara təhrik edən daha böyük amil var və o amilin böhranı insanın süqutu ilə nəticələnir. Söhbət insana həmişə həyat bəxş edən və onu müxtəlif imtahanlar qarşısında ümidləndirən İlahi rəhmətdən gedir.

Uca Allah bütün xeyir və bərəkətin mənbəyi olan İlahi mərhəmətdən məhrum olmamaq üçün Öz bəndələrini İlahi zikrdən qəflətdə qalmamağa dəvət edir. İnsan həyatda hər nə qədər İlahi dəyərlərdən qəflətdə olsa, müxtəlif növlü böhranlar da o qədər onun sorağına gələr.

Deməli, bizim fərdi və ictimai həyatımız bütövlükdə Allahın əmrlərinə, qayda və qanunlarına müvafiq olmalıdır. İstər telekanallarda, istər mətbuatda və istərsə də bazar və dükanlarımızda, hər yerdə biz onu yaşatmalı, göstərməliyik.

Belə olan təqdirdə Qarabağ probleminin həllində 10 illərlə mat-məəttəl qalmayacağıq, təhsil və elm sahəsində günbəgün geri getməyəcəyik, əziz əsgər balalarımız Vətən uğrunda şəhadətə hazır olacaqlar, hakimlərimiz ağır cinayətlərdə rüşvətxor kimi ittiham edilməyəcəklər, mənəviyyatımız önündə gedənlər layiqli insanlar olacaqlar, ədalətin keşiyində duranlar İlahi ədaləti özlərinə meyar biləcəklər, siyasətçilərimiz isə özlərini xalqın hidayətçisi kimi görəcəklər.

Son günlər intiharla hadisələrinin yenidən gündəmi zəbt etməsini və problemin artıq cəmiyyətimiz üçün ciddi bir problemə çevrildiyini nəzərə alaraq ruhani alim, AİP lideri Doktor Mövsüm Səmədovun bir neçə il bundan öncə intiharlar haqqında qələmə aldığı məqaləsini təqdim edirik.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap