header

 İmam Zamanın (ə.f) zühuru ilə Novruzun bağlılığı varmı?

Bir hədisdə 12-ci İmamın zühur etmə zamanının Novruza təsadüf edəcəyi ilə bağlı xəbər verilir. Bu nə dərəcədə doğrudur?

Dünyanın zülmlə dolacağı zaman Allahın izni ilə bir xilaskar zühur edib onu ədalətə bürüyər. Bu fikir təkcə İslam dini deyil, digər səmavi dinlərdə də mövcuddur. İslam dini daxili məzhəblərinin hamısında da bu xəbər yer almışdır. Lakin İmamiyyə məzhəbində yer alan çoxsaylı tutarlı sənədlər və sübutlara əsasən xilaskar qeybə çəkilmiş 12-ci İmamdır.

 

Mötəbər hədislərə əsasən İmam Zamanın zühur etmə vaxtını elan edənlər yalançıdırlar. (Şeyx Tusi, Kitabul-Ğayba səh 261) Amma bununla yanaşı İmam Zamanın zühur edən zamanında baş verəcək əlamətlərdən və bəzi zamanlardan söz açılır. (Kəmaluddin cild-2, səh-653) Bu o deməkdir ki, yalançılar İmamın zühur etməsininin vaxtını dəqiqliklə iddia edənlərdir. Amma İmamın cümə günündə, yaxud şənbə günü, Aşura günü, yaxud da axşam namazı vaxtı və sair ümumi zamanlarda zühur edəcəyini deyən hədis və ya kimsə yalançı sayılmaz. Çünki burada dəqiq tarix qeyd edilməyib.

 Qeyd edək ki, hədislərdə cümə gününün İmam Zamana xas olduğu deyilir. Bu əsassız deyil. İmamın Aşura günündə də zühur edəcəyi haqda hədislər var.

 İndiyə qədər eşitmədiyimiz hədislərdən biri də İmamın Novruzda zühur etməsini deyən kəlamdır.

 Əllamə Məhəmməd Baqir Məclisi qiymətli "Biharul-Ənvar" əsərində (cild-52, səh-208) İmamın Novruzda zühur edəcəyini deyən hədisi gətirmişdir.

 İmamın Novruzda, Aşura, ya cümədə və ya axşam namazı vaxtı zühur etməsini deyən hədislər arasında təzad yoxdur. Çünki novruz hicri-şəmsi tarixi, aşura isə hicri-qəməri tarixi ilə hesablanır, bunların hər ikisinin cüməyə təsadüf etməsi də qeyri mükün deyil.

 Burada maraqlı bir məqam da mövcuddur. Əllamə Məclisi Biharul-Ənvar əsərində  (cild-99 səh 101) İmam Zaman barədə deyilən ziyarətnaməni gətirir. Ziyarətnamədəki bu sitat çox diqqət çəkir “Salam olsun sənə ey insaniyyətin baharı, günlərin yaşıllığı”

 Bu ifadələr daha çox Novruzun rəmzi olduğu bahara və bu fəslin gəlişi ilə təbiətin yenidən dirilməsinə işarədir. Təbii ki İmamın zühur etməsi də baharın təbiəti diriltdiyi kimi onun zühuru yer üzünə yeni nəfəz verəcək (Ən gözəl bilici Allahın özüdür).

 Nəticə etibarilə, İmamın Novruzda (yeni gündə) zühur edəcəyini deyən hədisi tarixdə baş verə biləcək hər bir yeni mövsümə yaxud yeni prosesə də aid etmək olar və sözügedən hədisi yalnız bizim başa düşdüyümüz Novruzun zamanına həsr etməyimiz zəruri deyil.

Bir hədisdə 12-ci İmamın zühur etmə zamanının Novruza təsadüf edəcəyi ilə bağlı xəbər verilir. Bu nə dərəcədə doğrudur?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap