header

 Höccətülislam Nəzəri “hacı Əlikramın əzizləmə mərasimi”ndə irəli sürmüşdür

vahabi şəbəkəsi Azərbaycan respublikasında şiələrlə müqayisədə daha actual fəaliyyət göstərir/ Azərbaycan respublikasının islamçıları həbsdən və işkəncədən qorxmurlar

Tashaio.com - Bir din alimi demişdir: görəsən niyə nüfusunun çoxluğunu şiə təşkil edən ölkədə vahabilərin fəaliyyəti şiələrdən çoxdur? Höccətülislam Müctəba Nəzəri Təbrizin Hünər Hüseyniyyəsində inqilabçı əhalinin iştirakı ilə hacı Əlikramın yubileyi üçün təşkil edilmiş xüsusi bir proqramda Qafqaz və Azərbaycan respublikasını islam dünyasının bir hissəsi adlandıraraq demişdir: regional və qlobal siyasi cərəyanları bir nöqtə kimi deyil, bir şəbəkə kimi nəzərdə tutmalıyıq. Qərbin liberal-demokratik cərəyanlarının düşüncə otağında bu ideologiyanın dünyaya istilasının irəli sürüldüyü kimi islam təlimlərində də xalis Məhəmməd islamı nəhayıt dünyanı cənginə alacağı mövzusu da irəli sürülməlidir. O, Qərbin müsəlmanları məğlub etmək üçün islama qarşı islam planından istifadə etdiyini bəyan edərək bildirmişdir: bunun qabarıq nümunəsi Suriya və İraqda baş verməkdə olan hadisələrdir. Təəssüf ki, Azərbaycan respublikasında da həmin problemlə qarşılaşırıq. Hövzə və universitet ustadı xatırlatmışdır: bir tərəfdən bu ölkənin qeyri-din ziyalıları şübhə yaratmaqla əhalinin din kimliyini silməyə çalışır, digər tərəfdən isə vahabi şəbəkələri yaranmış şəraitdən istifadə edərək təşkilatlandırma və sünnilərdən qüvvə cəlb etmək təşəbbüsündədir. Belə bir vəziyyət yaranmışdır ki, şiələrin çoxluq təşkil etməsinə baxmayaraq vahabilərlə müqatisədə gözədəyər fəaliyyəti yoxdur. O, Azərbaycan respublikasının əhalisinin kimlik böhranı ilə rastlaşdığını bildirərək izah etmişdir: İranla Azərbaycan respublikası arasındakı müştərək cəhətlər həmin ölkənin rəsmilərinin dediyinə əsasən təkcə Novruz mərasimləri və musiqi ilə məhdudlaşmır, dindarların sərbəst fəaliyyətinə zəmin yaranarsa ortaq sahələrin digər cəhətləri də üzə çıxacaqdır. Höccətülislan Nəzəri iki ölkənin müştərək cəhətlərinin bu il Samirada keçirilən Ərbəin mərasimində nümayiş etdirildiyini vurğulayaraq açıqlamışdır: bir tedad adamlar Azərbaycan respublikası və o ölkənin əhalisi üçün tarix qondarmaqla məşğuldur. Dövlət quruluşunda üstünlük islam hüviyyətilə deyil, milli kimliklə əlaqədardır. O bildirmişdir: onlar bir tərəfdən islam həmrəyliyi ilini elan edir, digər tərəfdən isə yoruvijen müsabiqəsi və homoseksualların paradını keçirirlər. Bu din alimi inqilab rəhbərinin Azərbaycan respublikası rəsmilərilə görüşünü və bu görüşdə əhalinin məzhəbi hissiyyatına arxalanmağı və müsəlmanların məzhəb fəaliyyətindən çəkinməmələrinin zəruriliyini vurğuladığına işarə edərək demişdir: Qarabağ müqavimət və əməl üçün sursat deposudur. Şəhadət mədəniyyətini Qarabağda bastırmaq olarmı? Xoşbəxtlikdən hacı Əlikram kimi şəxslərin bərəkətindən orada xalis islamçılar nəsli yetişmişdir. Onlar öz əməlləri üçün yalnız Quran və əhlibeyt yolunu seçmiş, həbs, işkəncə və şəhid olmaqdan qorxmurlar. O, Qafqazın şiə məktəbi ilə əlaqəsinə, Lənkərani, İrəvani və Badkubeyi kimi alimlərin mövqeyinə işarə edərək artırmışdır: kök atmayan hər bir cərəyan asanlıqla dayana bilər. Düşüncə ardıcıllığına malik olan cərəyanlar isə asanlıqla kəsilə bilməz. çünki, onu kökünə qovuşmaqla davam etdirmək olar. Höccətülislam Nəzəri Azərbaycan respublikasının tarix baxımından, müxtəlif tarixi mərhələlərdə din alimlərinin mövcud olması, imamzadaların və şiə mədəniyyətilə əlaqədar tarixi abidə baxımından zəngin bir ölkə hesab edərək bildirmişdir: arzu edirik ki, qərbi-sionist böyük ortaşərq düşüncə otağının əvəzində islam ortaşərqi yaransın və şərif Qüdsun və Fələstinin azadlığına, eləcə də imamın vəsiyyətinin həyata keçməsinə, dünya müstəzəflərinə yardım etməyə və islam dünyasının azadlığına zəmin yaransın.

vahabi şəbəkəsi Azərbaycan respublikasında şiələrlə müqayisədə daha actual fəaliyyət göstərir/ Azərbaycan respublikasının islamçıları həbsdən və işkəncədən qorxmurlar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap