Türkiyənin İsrail, Səudiyyə Ərəbistanı və Amerika ilə eyni olan bəyanatı
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Türkiyənin işğal olunmuş Fələstindəki səfiri Sionist rejim, Səudiyyə Ərəbistanı ilə eyni bəyanatda və Amerikanın regiondakı mənafeyi istiqamətində İran İslam Respublikasını durdurmağın ən yaxşı yolunun "İranın avanturalarını " nəzarətə almaq olduğunu iddia edib
Fars xəbər agentliyinin verdiyi məlumata
görə, Türkiyənin işğal olunmuş Fələstindəki Kamal Ökəm sionist Cəruzalım Post qəzetinə
verdiyi açıqlamada həmçinini İranın sülh məramlı nüvə proqramının hamını nigaran
etdiyini iddia edib.
Bu Türkiyə rəsmisi həqiqətə zidd olan
iddiaları elə bir şəraitdə səsləndirir ki, Türkiyə dövləti, Səudiyyə Ərəbistanı,
ABŞ və sionist rejimlə birlikdə regionda terrorçuların həqiqi himayədarları
olaraq orta şərqdə təhlükəsizliyin pozulmasında əsas rola malik olublar.
Türkiyə həmçinin son aylar ərzində İraq
və Suriya dövlətlərinin izni olmadan terrorizm ilə mübarizə bəhanəsi ilə özünün
yüzlərlə hərbçisini qeyri-qanuni şəkildə bu ölkələrdə yerləşdirib və Bağdad və
Dəməşqin etirazlarını qulaq ardına vurur.
Müsəlmanların tənqidlərinə rəğmən Türkiyə
son vaxtlar Qüdsü işğal edən rejimlə əlaqələrini yenidən başlayıb.