Yəmənlilər Səudiyyənin bir Apaçı helikopterini vurublar
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Yəmən Ordusu əl-Hudeyda əyaləti istiqamətində irəliləmək istəyən Səudiyyə Ərəbistanı koalisiyasının bir Apaçı hərbi helikopterini vuraraq düşürüblər.
Səudiyyə Ərəbistanın hərbi helikopteri Yəmən
Ordusu və “Xalq Komitələri”nin Havadan Müdafiə Qüvvələri tərəfindən əl-Hudeyda əyalətinin
Beytul-Fəqih bölgəsində vurulub.
Hazırda Səudiyyə Ərəbistanın koalisiyası
sahildə yerləşən əl-Hudeyda əyalətini zəbt etməyi planlaşdırır.
Yəmənlilər ötən ayın 24-də də Nəcran cəbhəsində
Səudiyyənin F-16 tipli qırıcısını vurmuşdular.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı vəkoalisiyası
2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə
bu ölkəyə hücuma keçiblər. / İslaminSesi