header

 Yəmənli qadınlar BMT ofisi qarşısına toplaşdı

Yüzlərlə yəmənli qadın ötən gün BMT-nin Sənadakı ofisi qarşısına toplaşaraq Ərəbistanın Yəmənə təcavüzünə son qoyulmasını istəyib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, yüzlərlə qadın BMT-dən istəyib ki, Səudiyyə Ərəbistanının Yəmənə hücumlarına son qoymaq üçün Ali-Səud rejiminə təzyiq göstərsin. Yəmənli qadınlar bu toplantıda ərzaq maddələri və tibbi vasitələrin Yəmənə girişinin asanlaşdırılmasını tələb ediblər.

 

BMT ofisi qarşısında yəmənli qadınların etirazları gələn həftə çərşənbə axşamı gününə qədər davam edəcək.

 

BMT-nin Uşaq Fondu YUNİSEF son vaxtlar yeni hesabatında Yəməndə azı 1546 uşağın həlak olduğunu və 2450 uşağın da əlil olduğunu bildirib.

 

Səudiyyə Ərəbistanı 2015-ci il martdan ABŞ-ın dəstəyi ilə Yəmənə hərbi təcavüzə keçib. Yəmənin quru, hava və dənizdən mühasirəyə alınmasının bəhanəsi istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.

 

Bu hərbi təcavüzün indiyə qədər 11 min yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının dağılmasından başqa nəticəsi olmamışdır.

 

      

Yüzlərlə yəmənli qadın ötən gün BMT-nin Sənadakı ofisi qarşısına toplaşaraq Ərəbistanın Yəmənə təcavüzünə son qoyulmasını istəyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap