header

 Amerikalı qadın dəniz piyadaları arasında əxlaq rüsvayçılığı

ABŞ Dəniz Piyadaları komandanı bu ölkənin qadın dəniz piyadalarının əxlaqsız fotolarının virtual şəbəkələrdə yayımlanması məsələsini həll etmək niyyətində olduğunu bildirib.

İRİB-in məlumatına görə, ABŞ Dəniz Piyadaları komandanı Robert Nler qadın hərbçilər arasında əxlaq rüsvayçılıqlarına son qoyulmasını istəyib.

 

ABŞ-ın Dəniz Piyadalarında çalışan və təqaüdə çıxmış bir qrup hərbçi son vaxtlar qadın dəniz piyadaların əxlaqsız şəkillərini ictimai şəbəkələrdə yayımlayıblar.

 

Nler etdiyi çıxışında dəniz piyadaların üzvlərinin bu hərəkətlərinə görə məsuliyyət daşıdıqlarını deyib: Bu əxlaq rüsvayçılığı orduda qadın qüvvələrin işə götürülməsi prosesinin zədələnməsinə səbəb ola bilər.

 

Robert Nler tərəfindən amerikalı qadın dəniz piyadaların əxlaq rüsvayçılığı ilə mübarizə planı Senatın Silahlı Qüvvələr Komitəsi üzvlərinin sərt reaksiyası ilə üzləşib.

 

Senatın Silahlı Qüvvələr Komitəsinin üzvləri Dəniz Qüvvələri komandanının bu sahədə ciddi addımlar atmasını istəyiblər: ABŞ ordusu cinsi incidilmələr və bu qəbil işlərin qarşısını almaq üçün yetərincə çalışmayıb.

 

Bundan öncə də ABŞ ordusunda, xüsusilə də Dəniz Piyadalarında əxlaqsızlıq və qadınlardan cinsi istifadə ilə əlaqədar məsələlər dəfələrlə müşahidə olunmuşdur.

ABŞ Dəniz Piyadaları komandanı bu ölkənin qadın dəniz piyadalarının əxlaqsız fotolarının virtual şəbəkələrdə yayımlanması məsələsini həll etmək niyyətində olduğunu bildirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap