header

 Şəri-dini suallara cavablar - SUAL 22

Namazı qılıb qurtardıqdan sonra, namaz vaxtı dəstəmazlı olub-olmadığı barədə şəkk edən şəxsin vəzifəsi nədir?

10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik: 

 

DƏSTƏMAZIN HÖKMLƏRİ

NAMAZDAN SONRA DƏSTƏMAZLI OLUB-OLMADIĞI BARƏDƏ ŞƏKK

SUAL 22: Namazı qılıb qurtardıqdan sonra, namaz vaxtı dəstəmazlı olub-olmadığı barədə şəkk edən şəxsin vəzifəsi nədir?

Mərcəi-təqlidlər: Qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün mütləq dəstəmaz almalıdır.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 303; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 304; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)

Ayətullah Təbrizi, Ayətullah Safi, Ayətullah Fazil Lənkərani və Ayətullah Vəhid Xorasani: Əgər namazdan əvvəl dəstəmaz aldığına dair diqqətli olduğunu ehtimal edirsə, qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün, mütləq dəstəmaz almalıdır.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 303; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 310.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;

2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;

3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:

–Ayətullah Seyid Əli Xamenei;

–Ayətullah Seyid Əli Hüseyni Sistani;

–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.

–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;

–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;

–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;

–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;

–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;

–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;

 

Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! / Maide.Az

Namazı qılıb qurtardıqdan sonra, namaz vaxtı dəstəmazlı olub-olmadığı barədə şəkk edən şəxsin vəzifəsi nədir?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap