“Salam hicab” gəlinciyi – Amerikada
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Amerikada aprelin 1-dən “Hello Hijab” (Salam Hicab) nişanı ilə gəlinciklər satışa çıxarılacaq.
ABŞ-ın
Penslvania ştatının Braddock şəhərinin merinin həyat yoldaşı xanım Barto
Faterman və bu şəhərdə yaşayan xanım Safa Buxari, müsəlman qız uşaqları üçün
islami geyimi olan gəlinciklər hazırlayıb.
B. Faterman
deyib ki, bu gəlinciklərin hazırlanması müsəlmanlara qarşı günü-gündən artan
zorakılıqların qarşısını almaq baxımından önəmlidir. "Əgər müsəlman
uşaqlar öz hicablı gəlincikləri ilə qeyri-müsəlman uşaqlarla oyun oynasalar, bu
dinc şəraitdə birgə yaşamanı uşaqlara elə uşaqlıq illərindən öyrətmiş olarlar.
Onlar hicablı müsəlman xanımları gördükdə onlara qarşı aqressiv olmaz".
"Hello
Hijab" nişanı ilə satışa çıxarılacaq gəlinciklərin qiyməti 6 dollar
olacaq. / Maide.Az