header

 "Amnesty International" hicaba qoyulan qadağanı pislədi

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Avropa İttaqına bağlı Ədalət Divanının hicabla bağlı qərarını sərt tənqid edib.

Təşkilatın İsveç şöbəsinin rəsmi internet saytına yerləşədirilən müraciətdə deyilir ki, Avropa Birliyinin Ədalət Divanının bu qərarı dərin narahatlıq yaradıb.

 

Qərarın müsəlmanlara qarşı diskriminasiyaya təkan verəcəyi vurğulanan bəyanatda daha sonra qeyd edilib: "Çox problemli və yersiz bir qərardır. Qərar işəgötürənlərin müsəlmanlara, xüsusilə dini inanclara görə hicab taxan qadınlara ayrı-seçkiliyini legallaşdırır. Belə olan təqdirdə müsəlman qadınların dövlət işində işləməsi daha da çətinləşəcək. Bundan başqa qərar kimlik və görünüşü siyasi çəkişmələrin hədəfinə çevriəcək. Bu səbəbdən məhkəmələr verdiyi qərarlarla insanları təqiblərdən qorumalıdır".

 

Qeyd edək ki, mərkəzi ofisi Lüksemburqda yerləşən Avropa Ədalət Divanı iş yerlərində əməkdaşlara baş örtüklərini qadağan etmək hüququ verən qərar qəbul edib. Qərar baş örtüyünə görə, Belçika və Fransada işdan azad edilən iki qadının şikayəti üzrə məhkəmə prosesində qəbul edilib. / FaktXəbər

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Avropa İttaqına bağlı Ədalət Divanının hicabla bağlı qərarını sərt tənqid edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap