header

 Çərşənbə ilə bağlı yeni fətva – Partlayıcı və yandırıcı maddələrin alqı-satqısı haramdır

Çərşənbə ilə bağlı yeni fətva – Partlayıcı və yandırıcı maddələrin alqı-satqısı haramdır

Ölkəmizlə yanaşı İran, Əfqanıstan, İraqın şimalı və Orta Asiya ölkələrində Novruz bayramı öncəsi 4 çərşənbə (Su, Od, Yel və Torpaq çərşənbələri) qeyd edilir. Bu çərşənbələrdə xüsusilədə son çərşənbədə odlar qalanır, fişənglər atılır, yandırıcı maddələrdən müxtəlif oyunlar həyata keçirilir. Bu haqda müctəhidlərin fətvası nədir?

 

Cavab:

 

7 il öncə Ayətullah Xameneinin dəftərxanasına çərşənbədə od qalayıb və son çərşənbə ayinlərini həyata keçirmək barədə sual ünvanlananda, müctəhid bunun “xəsarət və zərər”lə nəticələnəcəyini bildirərək, bu ayinlərdən uzaq durmağı vacib bilib.

 

 Ayətullah Cavadi Amili son çərşənbənin ayinləri haqda deyir: “Bu ağıla və şəriətə ziddir. Əsassız və mənfi bir qaydadır”. Müctəhid daha sonra əlavə edib: “Odla oynamaq (partlayıcılardan istifadə etmək) mali israf etmək və haram işdir”

 

 

Çərşənbə ayinləri barədə ayətullah Məkarim Şirazidən haram fətvası vardır. Məkarim Şirazi 3 il öncə verdiyi fətvada sonuncu çərşənbə ayinlərini “israf” (pulu fişənglərə, partlayıcılara və yandırıcı maddələrə xərcləmək) və“xurafat iş” adlandıraraq, bu işi normal əyləncə bilməmiş və ona təqlid edənləri bu işdən çəkindirmişdir.

 

Ayətullah Məkarim Şirazi 3 gün öncə fiqh dərsi zamanı öncəki fətvalarını təkrarlayıb və “partlayıcı və yandırıcı maddələrin satışı” haqda da fətva verib. Ayətullah Məkarim Şirazi bəyan edib ki, “partlayıcı və yandırıcı maddələrin alqı satqısı haramdır” /İslaminSesi

Çərşənbə ilə bağlı yeni fətva – Partlayıcı və yandırıcı maddələrin alqı-satqısı haramdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap