Bu gün Xanım Ümmül-bəninin vəfat günüdür
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Həzrəti Əbəlfəzl Abbasın (ə) anası Xanım Ümmül-bəninin vəfat günüdür
Fatimə Kilabiyyənin
İmam Əli (ə) ilə evliliyindən bir müddət sonra, o İmama (ə) təklif edir ki, onu
“Fatimə” olaraq deyil “ümmül-bənin”-deyə çağırsın. O, “Fatimə” adının uşaqların
zehnində anasızlıq dərdlərini yenidən canlandıracağından ehtiyat edirdi.
4 övladını zəmanəsinin
imamının yolunda qurban verən bu xanım hicri-qəmərinin 64-cü (və ya 70) ilində,
cəmadi-sani ayının 13-də dünyadan köçüb.
O Bəqi-qəbristanında,
Peyğəmbərin (s) 2 bibisi Səfiyyə və Atikənin yanında dəfn olunub. (Bəziləri
Onun həmin qəbristanda, lakin İmam Əlinin (ə) digər xanımlarının yanında dəfn
olunduğunu bildirir)./ İslamazeri.az