header

 Bəşər Əsəd: Türkiyə hələ də İŞİD-ə dəstək verir

"İŞİD-lə bağlı təşkil olunan iclaslar real deyil, çünki Türkiyə adlı bir ölkə hələ də bu terror qruplaşmasına dəstək verir. Ərdoğan “Müsəlman Qardaşlar” təşkilatının üzvüdür. O ideoloji baxımdan İŞİD və "Nusra"ya yaxındır. Bölgədə olan hamı bunu yaxşı bilir..."

“Farsnews”-a istinadən, Suriya Prezidenti Bəşər Əsəd ölkə böhranı barədə müsahibə verib.

 

ABŞ qüvvələrinə Suriyada olmalarıyla bağlı dövlət tərəfindən heç bir icazənin verilmədiyini deyən Bəşər Əsəd bildirib:

 

“Suriya dövlətindən icazəsiz olaraq ölkə ərazilərinə daxil olan bütün qüvvələr işğalçı hesab olunur. İstər ABŞ olsun, istər Türkiyə. Bizim fikrimizə görə, onların torpaqlarımızda olmasının xeyri olmayacaqdır. Onlar nə etmək istəyir? İŞİD-lə mübarizə aparmaq istəyirlər? ABŞ daxil olduğu müharibələrdə məğlub olub. İraqda, Somalidə uduzdular. Amerikalılar yalnız hay-küy qaldıra bilirlər. Onlar problem yaratmaq və ölkələri viran etmək barədə təcrübəlidirlər, problemlərin həllində yox!”

 

Türkiyənin hələ də İŞİD-ə dəstək verdiyini deyən Əsəd bildirib: “İŞİD-lə bağlı təşkil olunan iclaslar real deyil, çünki Türkiyə adlı bir ölkə hələ də bu terror qruplaşmasına dəstək verir. Ərdoğan “Müsəlman Qardaşlar” təşkilatının üzvüdür. O ideoloji baxımdan İŞİD və "Nusra"ya yaxındır. Bölgədə olan hamı bunu yaxşı bilir. Türkiyə terrorçulardan neft almaqla onlara yardım göstərib. Yeganə ciddi tərəf Rusiyadır. Bu dövlət əməli olaraq bizimlə həmkarlıq edərək, İŞİD-lə savaşır. Rusların hələ də ümidi var ki, Türkiyə və ABŞ onlarla həmkarlıq edərək, terrorçularla mübarizəyə qoşulacaq. İŞİD hələ də Türkiyənin dəstəkləri sayəsində müqavimət göstərir.” / İslamazeri.az

"İŞİD-lə bağlı təşkil olunan iclaslar real deyil, çünki Türkiyə adlı bir ölkə hələ də bu terror qruplaşmasına dəstək verir. Ərdoğan “Müsəlman Qardaşlar” təşkilatının üzvüdür. O ideoloji baxımdan İŞİD və "Nusra"ya yaxındır. Bölgədə olan hamı bunu yaxşı bilir..."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap