header

 FIFA Trampı hədələdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FIFA ABŞ prezidentinə xəbərdarlıq edib ki, miqrasiya haqda qalmaqallı fərmanı ilə 2026-cı il Dünya Çempionatı ABŞ üçün mümkün olmayacaq.

İSNA-nın məlumatına görə, 2026-cı il Dünya Çempionatına ev sahibliyi etməyi əldə etmək istəyən ölkələrdən biri ABŞ-dır.

 

Trampın miqrasiya fərmanının ABŞ-ın dünya çempionatına ev sahibliyi etməsinə dair müraciətə təsir göstərəcəyini deyən FIFA rəsmisi Ciani İnfantino bildirib: Dünya Çempionatına vəsiqə qazanmış komandaların azarkeşlərinin öz ölkələrinin yığma komandasını alqışlamaq üçün ev sahibi ölkəyə səfər etmək haqları vardır.

 

İnfantino əlavə edib: Dünya Çempionatına ev sahibliyi etmək istəyən hər bir ölkə FİFA-nın şərtlərini qəbul etməlidir.

 

Tramp bazar ertəsi günü yeni icra fərmanı imzalayaraq İran, Suriya, Sudan, Somali, Liviya və Yəmən vətəndaşlarının Amerikaya girişinə qadağa tətbiq edib.

 

ABŞ prezidenti 27 yanvarda İraq, Suriya, İran, Sudan, Somali, Liviya və Yəmən vətəndaşlarının Amerika ərazisinə girmələrini qadağan etmək üçün icra fərmanı imzalamışdı. Lakin bu fərman az müddət sonra Vaşinqton ştatının Sietl şəhərinin federal hakimi Ceyms Robart tərəfindən ləğv olundu.

 

Trampın öncəki və yeni fərmanı dünya səviyyəsində etirazlara səbəb olub. Dünyanın bir çox ölkəsi ABŞ prezidentinin qərarlarının ayrı-seçkilik xüsusiyyəti daşıdığını və beynəlxalq qanunlara zidd olduğunu qeyd edir.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FIFA ABŞ prezidentinə xəbərdarlıq edib ki, miqrasiya haqda qalmaqallı fərmanı ilə 2026-cı il Dünya Çempionatı ABŞ üçün mümkün olmayacaq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap