header

 Avropa Şurası: Türkiyədə konstitusiya dəyişikliyi bu ölkədə demokratiya üçün geriyə bir addımdır

Avropa Şurasının hüquqi ekspertləri cümə günü bir bəyanatda Türkiyə konstitusiyasına əlavələr haqda xəbərdarlıq edərək onu bu ölkədə demokratiya üçün geriyə addım qiymətləndiriblər.

İRNA-nın məlumatına görə, bu bəyanatda xatırlanıb: Türkiyə prezidentinə parlamenti ləğv etmək səlahiyyəti verəcək konstitusiyaya dəyişikliklər təklifi demokratik quruluşlarla ziddiyyət təşkil edir.

 

Avropa Şurasının hüquqi ekspertləri bu bəyanatın digər bir hissəsində "şəxsi parametrlərinə əsasən nazirlər və yüksək səviyyəli rəsmilərin təyin olunması və kənarlaşdırılması səlahiyyətinin Türkiyə prezidentinə verilməsi"ndən nigaranlıq ediblər.

 

Bəyanatda əlavə olunur: Bu məsələ icraçı orqana nəzarət üçün Türkiyənin ədliyyə sisteminin funksiyasının daha da zəifləməsinə səbəb olacaq.

 

Parlament sistemindən prezident üsul idarəsinə keçid üzrə Türkiyə konstitusiyasının 18-ci maddəsinə dəyişikliklərlə əlaqədar referendum 16 apreldə keçiriləcək.

 

Təklif olunan islahata əsasən, parlament sistemindən prezident üsul idarəsinə keçiddən əlavə, Türkiyə prezidenti öz partiyası ilə əlaqəsini qoruya və ölkənin yüksək ədliyyə heyətlərində islahatlar apara bilər.

 

Türkiyədə konstitusiyaya əlavələr təsdiqləndiyi halda, Rəcəb Tayyib Ərdoğan 2029-cu ilə qədər Türkiyə prezidenti ola bilər.

 

Müxalifətin qənaətincə, Ərdoğan Türkiyəni diktaturaya doğru yönəldir.

Avropa Şurasının hüquqi ekspertləri cümə günü bir bəyanatda Türkiyə konstitusiyasına əlavələr haqda xəbərdarlıq edərək onu bu ölkədə demokratiya üçün geriyə addım qiymətləndiriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap