header

 Ərəbistanın Yəməndə tükürpədici cinayəti

Səudiyyə Ərəbistanının qırıcı təyyarələri ötən gecə Yəmənin əl-Hədidə vilayətinin əl-Xunə şəhərində bir bazarı bombalayıblar və nəticədə 26 nəfər həlak olub və yaralanıb.

Əl-Aləm televiziyasının yerli mənbələrə istinadla verdiyi məlumata görə, bu hücumda 16 nəfər həlak olub, 10 nəfər də yaralanıb.

 

Səudiyyə rejimi qırıcı təyyarələri bu şəhərin səmasında uçuşlar keçirərək sakinlərin ölüləri və yaralıları hadisə yerindən götürmələrinə mane olublar.

 

Səudiyyə Ərəbistanı ABŞ və ərəb və qərb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. Ərəbistanın Yəməni quru, hava və dənizdən mühasirəyə alaraq hücumlara məruz qoymaqda məqsədi istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.

 

Bu hərbi təcavüzün indiyə qədər 11 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturunun məhv olmasından başqa bir nəticəsi olmayıb.

 

Ərəbistanın yoxsul Yəmənə hərbi təcavüzü həmçinin bu ölkəni ərzaq və tibbi vasitələrin çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılmasına səbəb olub.

Səudiyyə Ərəbistanının qırıcı təyyarələri ötən gecə Yəmənin əl-Hədidə vilayətinin əl-Xunə şəhərində bir bazarı bombalayıblar və nəticədə 26 nəfər həlak olub və yaralanıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap