Azərbaycanda hansı ölkə nə qədər məscid tikdirib?
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
2016-cı ilin statistikasına əsasən, işğal olunmuş rayonlar istisna olmaqla Azərbaycanda 2 min 166 məscid var. Onlardan 209-u Naxçıvan Muxtar Respublikasında, 135-i Bakıda Bakıda yerləşir.
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra xarici dövlətlər və onların nəzarətində olan təşkilatlar tərəfindən
ölkəmizdə 119 məscid tikilib. Bu məscidləri ötən əsrin 90-cı illərində Türkiyə,
Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İran inşa edib.
Türkiyə tərəfindən
Azərbaycanda tikilən məscidlərin sayı 23-dür. Bunlardan 7-si Türkiyənin Diyanət
İşləri Başqanlığı tərəfindən Bakı, Qusar, Yevlax, Ağdamda tikilib. Gəncliyə
Yardım Fondu isə Oğuz, İsmayıllı, Zaqatala, Qəbələ, Göyçay, Ağsu, Şamaxı, Şəki,
Kürdəmir rayonlarında 12 məscid inşa etdirib.
Türkiyəli iş
adamları Sumqayıt, Xaçmaz və digər rayonlarda tikdirib.
Azərbaycanda
xarici ölkələr tərəfindən tikilən və bərpa olunan məscidlərin 3-də 2-si
Küveytin payına düşür. Küveyt ümumilikdə Azərbaycanda 73 məscid tikdirib.
Bunlardan 56-sı
“İslam İrsinin Dirçəlişi” Cəmiyyəti, 15-i Asiya Müsəlmanları Komitəsi, 1-i
İslam İnkişaf Bankı, 1-i isə Küveyt vətəndaşı tərəfindən tikilib.
Maraqlıdır ki,
“İslam İrsinin Dirçəlişi” Cəmiyyətinin tikdirdiyi məscidlərdən 14-ü hazırda fəaliyyət
göstərmir. Onlar təriqətçilik meylləri nəzərə alınandan sonra fəaliyyətini
dayandırıb.
Səudiyyə Ərəbistanı
isə Azərbaycanda 3 məscid tikdirib. Beynəlxalq İslam Gənclər Assambleyası
Şirvanda 1 və Gədəbəy rayonunun mərkəzində 1 məscid inşa etdirib. Səudiyyə Ərəbistanı
hökuməti Astara rayonunun Vəznəş kəndində 1 məscid tikdirib.
Qətər isə Azərbaycanda
cəmi 1 məscidin əsasını qoyub. “Qətər” Xeyriyyə Cəmiyyəti tərəfindən Qaxda inşa
edilmiş məscid hazırda da fəaliyyət göstərir.
İran yalnız 1 məscid
tikdirib. Bu məscid Bakıdakı Hüseyniyyə məscididir. Məscid İranın Azərbaycandakı
səfirliyinin Mədəniyyət Mərkəzinin birbaşa nəzarəti altında fəaliyyət göstərir.
(modern.az)