Allah partiyasından olmaq istəyənə İmamın tövsiyəsi
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Qiyamətdə qurtulacaq yeganə firqə hesab edilən Allah partiyasında olmaq istəyənə İmam Əlinin tövsiyəsi
Maidə surəsinin
56-cı ayəsində “Allahın partiyası və firqəsi” ifadəsi keçir. Ayə belədir: “Kim
Allahı, Onun Elçisini və iman gətirənləri (özünə ) dost tutarsa, (bilsin ki,) qələbə
çalanlar da məhz Allahın firqəsidir.”
Bu ifadə ərəb
dilində “Hizbullah” deyə səslənir və hazırda Livandakı müqavimət hərəkatı
“Hizbullah”la da əlaqəsi yoxdur.
Quran ayələrinə
görə, yalnız Allahın partiyası qalib olacaqdır. Həyat və axirətdə səadətə
qovuşmaq istəyənlər yalnız bu qrupa daxil olmaqla qalibiyyətə çatıb, əbədi xöşbəxtliyə
nail ola bilərlər.
Bəs hansı
xüsusiyyətlərə malik olanlar bu qrupun üzvləridirlər?
Bu barədə
Biharul-Ənvar əsərində İmam Əlidən maraqlı bir hədis gəlib:
“Qalib
Hizbullahdan biri olmaq səni sevindirirmi? Elə isə Allahdan qorx və təqvalı
ol!, bütün əməllərində yaxşılıq et! Çünki Allah təqvalılarla (qorxanlar) və
yaxşılıq edənlərlədir”
Mənbə: İslaminSesi