İŞİD terrorçularının daha bir dəhşəti: 4000 cəsəd
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
İraqın Mosul vilayətində hazırda döyüşlərin davam etdiyi ərazidə İŞİD terrorçuları tərəfindən öldürülərək basdırılan 4000 cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb.
Bu barədə
"Telegraph" nəşri yazıb.
Qəzetin
yazdığına görə, kütləvi məzarlıq Mosulu paytaxt İraqla bağlayan yol üzərində
yerləşən Hasfa rayonunda aşkarlanıb. İŞİD terrorçuları kütləvi məzarlıqda
basdırdıqları şəxslər 2014-cü ildə əsir götürülmüş polis və hərbçilərdir.
Şahidlərin bildirdiyinə görə, kütləvi qətliam İŞİD terrorçularının 2014-cü ilin
yayında Mosulu götürdükdən 6 ay sonra baş verib.
Öldürülən şəxslərin
əksəriyyəti güllələnib. Çala təxminən 400 metr uzunluğundadır. Mahmud adlı
şahidlərdən birinin sözlərinə görə, terrorçular onu içərisində qohumlarının da
olduğu 2000 nəfər polis işçisini bir gündə necə qətlə yetirdiklərinə baxmağa məcbur
edib. / FaktXəbər