header

 Milli Şura Əliyevdən repressiyaları dayandırmağı tələb etdi: “Seçdiyin səhv yoldan qayıt!”

Milli Şura ölkədə sərtləşməklə davam edən repressiya ilə bağlı bəyanat verib. Bəyanatda son siyasi motivli son həbslər sadalanır və hakimiyyətdən repressiyalara son qoymaq tələb olunur

Bəyanatda deyilir:

Azərbaycanı faktiki monarxiyaya doğru sürükləyən İlham Əliyev hakimiyyəti ölkədə repressiyanı gücləndirməkdə davam edir. Müxalif fikirli ictimai-siyasi fəalların və onların ailə üzvlərinin həbsi, təqib olunması və təzyiqlərə məruz qalması daha intensiv və kütləvi xarakter alıb.

Təkcə fevral ayı ərzində bu motivlə 2 nəfər barəsində cinayət işi açılaraq, həbs-qətimkan tədbiri seçilib, 16 nəfər inzibati həbsə məhkum edilib.

Barəsində cinayət işi açılaraq, həbs-qətimkan tədbiri seçilənlər İsmayıllı rayonundan yerli jurnalist, “kent.info” saytının rəhbəri, AXCP Ali Məclisinin üzvü Elçin İsmayıllı və Masallı rayonundan yerli ruhani, Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maide.az” saytının baş redaktoru və Masallı şəhər Cümə imamı Sərdar Hacıhəsənlidir.

E.İsmayıllı Cinayət Məcəlləsinin 182.2.2 və 308.2-ci maddələrilə ittiham olunur və fevralın 18-də Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 24 sutka həbs-qətimkan tədbiri seçilib. Ailəsi bildirir ki, o, İsmayıllı rayon icra hakimiyyəti başçısının sifarişi ilə həbs edilib, çünki rayondakı qanun pozuntuları və korrupsiya faktlarını aşkarlamaqla məşğul idi.

S.Hachəsənli Cinayət Məcəlləsinin 168.1.3 maddəsilə ittiham olunur və fevralın 22-də Masallı rayon məhkəməsinin qərarı ilə barəsində 37 gün həbs-qətimkan tədbiri seçilib. Fevralın 24-də isə onun həbsinə etiraz edən 15 dindar saxlanılıb və onların dördünə 10-25 sutka inzibati həbs cəzası verilib, bir qismi isə müxtəlif məbləğdə pul cərimələri ilə azadlığa buraxılıb. Sərbəst buraxılan dindarlar bildiriblər ki, polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıblar.

İnzibati həbsə məhkum eilənlərdən 7 nəfər AXCP-nin, 1 nəfər ReAl hərəkatının, 1 nəfər D18 təşkilatının, 1 nəfər Müsavat Partiyasının üzvü, 4 nəfər Masallıdan dini icma üzvləri, 2 nəfər isə mühacir azərbaycanlı fəal Orduxan Teymurxanın qohumlarıdır.

Qeyd edək ki, repressiyanın son dalğasının da mərkəzi AXCP-nin üzərinə düşüb. Buna qədər sıralarından 11 nəfər siyasi məhbus (və girov) verən AXCP-nin daha 2 fəalına uydurma ittihamlarla cinayət işi açılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bunlardan biri əvvəldə qeyd etdiyimiz kimi, jurnalist Elçin İsmayıllı, digəri isə AXCP-nin Neftaçala rayon şöbəsinin gənc fəalı Elnur Fərəcovdur. Elnur Fərəcov ötən ilin dekabrında saxlanılaraq, barəsində ənənəvi narkotik ittihamı ilə cinayət işi açılıb və 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin ailəsi müəyyən səbəblərdən onun həbsini ictimailəşdirmək istəməyib və partiya rəhbərliyi bu barədə indi xəbər tutub. E.Fərəcovun bilavasitə siyasi mövqeyi və fəaliyyətinə görə həbs edildiyi şübhə doğurmur. O, fəallığı səbəbindən buna qədər də bir neçə dəfə inzibati həbslə cəzalandırılıb. Beləliklə, AXCP-dən siyasi motivlərlə həbs edilənlərin (və girov saxlanılanların) sayı hazırda 13 nəfərdir. Onlardan başqa, təkcə bu ilin fevral ayı ərzində partiyanın daha 7 nəfər üzvünə inzibati həbs cəzası verilib.

Cinayət maddəsi ilə və inzibati qaydada həbs olunan, barələrində qeyd etdiyimiz şəxslər bunlardır:

1. Elçin İsmayıllı – AXCP Ali Məclisinin İsmayıllıdan üzvü. 18 fevral, 24 sutka həbs-qətimkan tədbiri.
2. Elnur Fərəcov – AXCP Neftçala rayon şöbəsinin fəalı. 2016-cı ilin dekabrı, 3 ay həbs-qətimkan tədbiri.
3. İslam Həsənov – AXCP Şəki rayon şöbəsinin sədri. 7 fevral, 25 sutka inzibati həbs.
4. Samir Həsənov – AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri. 8 fevral, 20 sutka inzibati həbs.
5. Taleh İsakov – AXCP Sumqayıt şəhər şöbəsinin üzvü, 3-cü qrup əlil. 8 fevral, 15 sutka inzibati həbs.
6. Amil Məmmədzadə – AXCP Suraxanı rayon şöbəsinin fəalı. 20 fevral, 30 sutka inzibati həbs.
7. Fərasət Əhmədov – AXCP Masallı rayon şöbəsinin fəalı. 20 fevral, 30 sutka inzibati həbs.
8. Elvin Bəhramov – AXCP Masallı rayon şöbəsinin fəalı. 20 fevral 2017-ci ildə 30 sutka inzibati həbs.
9. Vasif Müzəffərov – AXCP Xətai rayon şöbəsinin gənc fəalı. 23 fevral, 30 sutka inzibati həbs.
10. Rahim Şalıyev – ReAl hərəkatının fəalı. 20 fevral, 30 sutka inzibati həbs.
11. Qadir Ağakişiyev – D18 təşkilatının üzvü. 20 fevral, 30 sutka inzibati həbs.
12. Yusif Qarayev – Müsavat Partiyası Şəki şöbəsinin üzvü. 24 fevral, 25 sutka inzibati həbs.
13. Xanlar Dadaşov – Orduxan Teymurxanın qohumu). 20 fevral, 30 sutka inzibati həbs.
14. Səbuhi Zeynalov – Orduxan Teymurxanın qohumu). 20 fevral, 30 sutka inzibati həbs.
15. Məhəmməd Həbibov – Masallıdan dini icma üzvü. 24 feral, 25 sutka inzibati həbs.
16. Salman Rəhimov – Masallıdan dini icma üzvü. 24 feral, 15 sutka inzibati həbs.
17. Fizuli Şahhüseynov – Masallıdan dini icma üzvü. 24 feral, 15 sutka inzibati həbs.
18. İmadəddin Məhərrəmov – Masallıdan dini icma üzvü. 24 feral, 10 sutka inzibati həbs.

İnzibati həbsə məhkum edilənlərdən ReAl hərəkatının üzvü Rahim Şalıyevin polisdə işgəncə və alçaldıcı hərəkətlərə məruz qaldığı haqda məlumat var. R.Şalıyev Sumqayıt şəhər Polis İdarəsində onu necə qəddarlıqla döydüklərini və mənəvi-psixoloji basqıya məruz qoyduqlarını təfərrüatı ilə vəkilinə danışıb və bu, mətbuatda yayılıb.

Əldə olan məlumatlara görə, hazırda saxlanma yerlərində daha çox fəal var, sadəcə onlar ailələrinin də haqsız həbs və başqa cəza tədbirləri ilə üzləşməməsi naminə susmağa, həbslərini ictimailəşdirməməyə qərar veriblər.

İlham Əliyev hakimiyyəti öz tənqidçilərini ailə üzvlərinə təzyiq göstərməklə susdurmaq təcrübəsini də genişləndirir. Üstəlik, bu hərəkətdə təkcə qanunları deyil, həm də xalqımızın çoxillik mənəvi normalarını kobud şəkildə pozur – fəalların qadın ailə üzvlərini həbslə təhdid edir, hədə-qorxu və təzyiqlərə məruz qoyur. Fevral ayında iki belə halın şahidi olduq.

Birincisi, mühacir azərbaycanlı fəallardan biri, blogger Orduxan Teymurxanın ailə üzvlərinə qarşı törədilən hərəkətdir. Fevralın 18-də O.Temurxanın 12 nəfər ailə üzvünü, o cümlədən bacılarını və 2 yaşlı bacısı qızını Suraxanı rayon Polis İdarəsinin 32-ci bölməsinə aparıb, orada saxlayıblar. Onlara işgəncə verərək, O.Teymurxandan blogger fəaliyyətini dayandırmağı tələb etmələri üçün təzyiq göstəriblər. Hətta bacılarının polisdə təzyiq altında saxlandığını bilməsi üçün O.Teymurxanla telefon əlaqəsi də yaradıblar. Bu hadisə ictimailəşib və cəmiyyətin geniş təpkisinə səbəb olub. Yalnız bundan sonra O.Teymurxanın bacılarını, bacısı qızını və başqa qohumlarını sərbəst buraxaraq, qardaşı Xanlar Dadaşovla bacısı oğlu Səbuhi Zeynalov barəsində, guya fevralın 19-da polisə müqavimət göstərdikləri üçün saxlandıqları rəsmiləşdirilərək, 30 sutka inzibati həbs qərarı çıxarılıb.

Buna bənzər ikinci hadisə isə AXCP-nin Şəki şöbəsinin fəalı, hazırda Bakıda yaşayan Rauf Əbdürrəhmanlının bacısı Gültəkin Hacıyeva ilə bağlı baş verib. Bəlli olub ki, G.Hacıyeva məhz qardaşına görə 2 aydan artıq imiş açıq nömrədən telefon zəngləri ilə hədələnir və təhqir olunurmuş. Bu barədə DİN-in 102 xidmətinə və Şəki polisinə şikayətlər nəticəsiz qalıb, hədə və təhqir zəngləri davam edib. Baş verənlər G.Hacıyevanı intihar həddinə çatdırıb, o, özünü öldürmək istəyib, xoşbəxtlikdən, məktəbli oğlunun evə həmin vaxt gəlməsi buna mane olub. Ailə baş verənləri R.Əbdürrəhmanlıdan gizlətmək istədiyi üçün hadisə vaxtında ictimailəşməyib.

Milli Şura bütün bu sadalananları nəzərə alaraq, Əliyevlər hakimiyyətinin cəmiyyətə qarşı təzyiqlərində daha da idbarlşadığını bəyan edir və vətəndaşları bu cür inzibati terrora məruz qoymağı dayandırmağa çağırır. Milli Şura şərlənərək həbs edilən fəalların hər birinin dərhal azad olunmasını, R.Şalıyevə və O.Temurxanın qohumlarına polsidə işgəncə verənlərin, eləcə də R.Əbdürrəhmanlının bacısını intihar həddinə çatdıranların cəzalandırılmasını tələb edir.

Milli Şura bildirir ki, xalq arasında nüfuzunu, sosial dayaqlarını tamamilə itirən, ölkəni siyasi-iqtisadi böhrana gətirib çıxaran Əliyevlər hakimiyyəti mövcudluğunu yalnız kütləvi repressiya və qorxu üzərində, polis dəyənəyi hesabına davam etdirmək yolu tutub. Bu isə bütövlükdə cəmiyyətə və hakimiyyətin özünə təhlükəli gələcək vəd edir. Xalqla davranışın, dövlət-cəmiyət münasibətlərinin bu qədər kobud və ibtidai qaydalara söykənməsi gec-tez dağıdıcı nəticələr doğuracaq. Bunun ən ağır hesabını isə dövlət idarəçiliyinin başında duranlar ödəyəcək. Tarix bu mühakiməni təsdiqləyən nümunələrlə zəngindir.

Milli Şura şəxsən İlham Əliyevi və hakimiyyət komandasını hələ hər şeyin tam itirilmədiyi bir vaxtda, seçdikləri səhv yoldan geri dönməyə, inzibati zorakılığı və siyasi repressiyaları dayandırmağa, ölkədə islahatların önünü açmağa, müxalifətin sərbəst fəaliyyətinə imkan yaratmağa, söz və mətbuat azadlığını təmin etməyə, nəhayət bütün siyasi məhbusları azadlığa buraxmağa və bununla da ölkəmizin, xalqımızın, eləcə də özünün gələcəyini arzulanmaz dağıdıcı hadisələrdən sığortalamağa çağırır. İlham Əliyev və ətrafındakılar ölkəmiz və xaqlımız qarşısında hakimiyyət məsuliyyətini nəhayət, dərk etməlidir.(azadliq.info)

Milli Şura ölkədə sərtləşməklə davam edən repressiya ilə bağlı bəyanat verib. Bəyanatda son siyasi motivli son həbslər sadalanır və hakimiyyətdən repressiyalara son qoymaq tələb olunur
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap