Ukrayna möminlərinin Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanatı
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Ukrayna möminlərinin Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb
bəyanatı təqdim edirik:
Bismillahir-Rəhmanir-Rəhim
"Azərbaycanda
dinə, şiəliyə qarşı aparılan repressiya dalğası, ölkə hüdudlarından kənarda
yaşayan müsəlmanları da narahat etməyə bilməz. Ölkəmizdə məmur özbaşınalığının əsarətində
qalan mömin və ruhanilər, bu zülmün pəncəsindən xilas olmaq üçün çıxış yolu axtarırlar.
Hakim dairələr tərəfindən törədilən bu zülmlə tək şəxslər yox, əslində ölkədə
dinin fundamentləri hədəfə alınıb.
Bəşəriyyətə qənim kəsilmiş,
işğalçı rejim olan sionist israilin təsiri altına düşmüş əlaqədar orqanlarımız,
artıq son illərdə din və din atributları əleyhinə atdıqları addımları ilə,
inanclı kəsimin qəzəbini özünə qarşı daha da çox artıra bilmişdir. İşğalçı
rejimlə xoşagəlməz əlaqənin nəticəsi olaraq, şiəlik əleyhinə atılan addımlara
sonuncu referendumda artıq qanun donu geyindirmişlər. Nəticədə bu zülm
makinası, öz “bəhrəsini” verməkdədir.
Bir neçə gün öncə, Azərbaycanda
və ölkənin hüdudlarından kənarda kifayət qədər nüfuza malik olan şeyx Sərdar
Hacıhəsənlinin, İran İslam Respublikasında dini təhsil aldığı və öz şəhərində
dini təbliğlə məşğul olmasından dolayı 168-ci maddə ilə həbs edilməsi, əslində
bütün dindarlığa qarşı olan repressiya kimi qiymətləndiririk.
Biz də öz növbəmizdə
Ukraynada yaşayan dindarlar adından bu həbsi qətiyyətlə pisləyir və hakimiyyəti
bu zülmə son qoymağa çağırırırq!"