Səudiyyənin aviazərbəsində 7 nəfərlik bir yəmənli ailə həlak olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Səudiyyə Ərəbistanı koalisiyasının hava zərbələri nəticəsində Yəmənin əl-Couf əyalətində 7 nəfərlik bir ailə həlak olub.
Əl-Məsira
telekanalına istinadən, hava zərbələri əyalətin Həmidat bölgəsində odun
yığmaqla məşğul olan ailənin maşınına endirilib. 7 nəfərlik ailə o cümlədən
burada olan 3 uşaq həlak olub.
Səda əyalətinin
Ali-Nail bölgəsində də bir maşına hava zərbəsi endirilib. Nəticədə bir azyaşlı
uşaq həlak olub və aralarında qadınlar da olan 9 nəfər yaralanıb.
Bu arada Yəmən
Ordusu və Xalq Komitələrinin havadan müdafiə qüvvələri Səudiyyə Koalisiyasına məxsus
bir F-16 qırıcısını Nəcranda vuraraq yerə salıblar. Bu təyyarə İordaniya
ordusuna məxsus imiş.
Səudiyyə Ərəbistanı
və koalisiyası 2015-ci ilin martından başlayaraq Yəmənə hücuma keçib. Yəməndə
legitimliyi dəstəkləmək məqsədində olduğunu iddia edən Səudiyyə və koalisiyası
bu müddət ərzində 12 mülki şəxsin həlak olmasına səbəb olub. /İslaminSesi