Xəbər mediları Tramp tərəfindən yatırılır
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Amerika mediaları bildiriblər ki, Ağ Ev heç bir izahat vermədən bəzi jurnalistlərin ABŞ dövləti sözçüsünün mətbuat konfransına daxil olmasına mane olubdur.
Assoşieyted-Press-in
məlumatına görə, Ağ Ev CNN, BBC, Dayli Mail, Nyu-York Tayms, Hill xəbər
portalı, Nyu-Yokr Dayli Nyus, Los-Anceles Tayms, Bazfid və Politiko saytlarının
jurnalistlərinin ABŞ dövləti sözçüsünün mətbuat konfransına daxil olmalarına
mane olubdur.
Belə bir halda,
Assoşieyted-Press və Taym qəzeti də həmin hərəkətə etiraz olaraq, ABŞ dövləti
sözçüsünün mətbuat konfransını boykot ediblər.
ABŞ prezidenti
Donald Tramp hakimiyyətə gələndən bəri bu ölkənin bəzi telekanalları və qəzetlərini
yalan və saxta xəbərlər yaymaqda ittiham edib. O, həmçinin bir neçə dəfə CNN
telekanalı daxil olmaqla bu qəbildən olan kanalların jurnalistlərilə höcətləşibdir.
Trampın
prezident seçkiləri rəqabətləri dövrünə qayıdan medialarla döyüşü son günlər
son dərəcə kəskinləşib və Tramp dəfələrlə mediaları yalan söyləməkdə və ümumi
fikri aldatmaqda ittiham edibdir.