Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alındığı anlar - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Düşmən itki verərək geri çəkilib
Müdafiə
Nazirliyinə istinadən, fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin
kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə
basqın etməyə cəhd göstərib.
Düşməni daim
izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək
qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri
çəkilməyə məcbur edilib.
Azərbaycan
Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə
bölmələrimiz tərəfindən tam nəzarət edilir.
Mənbə: İslaminSesi