Dərbəndin Cümə məscidinin xətibi namaz məhbusu Şeyx Sərdarın həbsini pislədi
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Rusiyanın Dərbənd şəhərinin cümə məscidinin xətiblərindən olan ruhani Hacı Surxay Dərbəndi namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib.
Fevralın 24-də
cümə namazının xütbəsində Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildirən
ruhani Hacı Surxay Dərbəndi bunları deyib:
“Şeyx Sərdarın
cümə namazı qıldığı üçün həbsi çox gülüncdür. Müsəlman ölkəsi olan Azərbaycanda
belə bir qanunun qüvvəyə minməsi və icrası yolverilməzdir.
Şeyx Sərdar
kimi ziyalı din xadiminin cəmiyyətdən təcrid edilərək məhbəsə atılması, bizi kəskin
narahat edir. Şeyx Sərdar haqqında təkcə bunu demək yetər ki, o, İslam elmlərini
mükəmməl şəkildə mənimsəmiş fəlsəfə, irfan, kəlam, fiqh, təfsir, ərəb ədəbiyyatı
və s. kimi dini elmlərdə söz sahibidir.
Namaz məhbusu
Şeyx Sərdar Hacıhəsənliyə qarşı məqsədli surətdə aparılan təzyiqlərə və həbsinə
qəti etiraz edirik. Dərbənddə yaşayan bir çox azərbaycanlılar adından bu
qanunsuz həbsi qətiyyətlə pisləyir və məsələnin müsbət istiqamətdə həll
olunmasını istəyirik." / Maide.Az