header

 Ərəblərin Azərbayacana üz tutmasının 3 SƏBƏBİ

Artıq 1 ildən çoxdur ki, Azərbaycana ərəb ölkələrindən kütləvi sürətdə turistlər gəlir.

Bu məsələ ətrafında ictimai sektorda bir çox müzakirələr aparılıb və ərəblərin istirahət etmək üçün Azərbaycanı seçməsi müzakirə obyektinə çevrilib. Ərəblərin ölkəmizə gəlməsi ictimaiyyətdə həm müsbət, həm mənfi qarşılansa da, onların Bakını seçməsi daha çox maraq doğurur.

 

FaktXəbər olaraq mövzunun aktuallığını nəzərə alıb, ölkəmizə səfər etmiş ərəb ailələrindən biri ilə həmsöhbət olduq və ona ölkəmizə, daha dəqiq desək paytaxt Bakıya gəlməsinin səbəbləri barədə suallar ünvanladıq. Ərəb qonağımızla danışdıqda Azərbaycanın Yaxın və Orta Şərqdə kifayət qədər təbliğ olunmasının şahidi olduq. Ərəblərin Azərbaycana kütləvi axını ilə bağlı ünvanladığımız suallara aldığımız cavablar bunu deməyə əsas verdi ki, ərəblərin ölkəmizə üz tutmasının əsas 3 səbəbi var.

 

Sabitlik. Ərəblər uzun illər istirahət etmək üçün Suriya, Livan, Misir, Tunis, Liviya və Türkiyəni seçiblər. Lakin "Ərəb baharı"nın başlamasından sonra turistlərin bu ölkələrdə istirahət etməsi təhlükəyə çevrilib. Tunis, Liviya və Misirdə prezidentlərin devrilməsi, Suriyanın hələ də davam edən müharibədən sonra xarabalığa çevrilməsi və Livanın isə İsraillə tez-tez münaqişələrə girməsi bu ölkələrə turist axının qarşısını alıb. Türkiyədə də son zamanlar baş verən terror aktları ərəbləri o ölkədən də uzaqlaşdırıb. Sadalanan ölkələrdə mövcud olmayan stabilliyi Azərbaycanda tapan ərəblər bundan məmnundur və turist kimi Bakıya gəlməyə davam edirlər. 

 

Qənaət. Dünya ölkələrində müşahidə olunan devalvasiyalar Azərbaycan da müşahidə olunub. Azərbaycanın yerli manatı dollar qarşısınıda bir neçə devalsiyaya uğrayaraq 1.80 AZN-ə kimi geriləyib. Azərbaycana gələn ərəblərin özləri ilə dollar gətirməsini nəzərə alsaq, Azərbaycanda pul xərcləməyin nə qədər xoş olmasını təsəvvür etmək çətin deyil.

 

İstirahət məkanları. Ərəb ölkələrindən vətəndaşların Azərbaycana üz tutmasına səbəblərdən biri də ölkənin müxtəlif rayonlarında istihaət kompleksləri, hotellər və əyləncə mərkəzlərinin fəaliyyət göstərməsidir. Bakıda və digər rayonlarda istirahət edən ərəblər onlara lazım olan bütün imkanlardan istifadə edə bildikləri üçün bundan məmnundurlar. Onlar digər ərəb ölkələrindəki bəzi qadağalarla burada rastlaşmadıqlarını bildirirlər.

 

Orxan Hüseynov

Artıq 1 ildən çoxdur ki, Azərbaycana ərəb ölkələrindən kütləvi sürətdə turistlər gəlir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap