header

 islamdan qorxduqları üçün din xadimlərindən qorxurlar. Birinci hissə

Sərdar Həsənli kimi adamlardan ona görə qorxurlar ki, onlar islamı rəvac verirlər

Tashaio.com-iki gün bundan əvvəl Azərbaycan respublikasının tanınmış din xadimlərindən olan höccətülislam vəlmüslimin Sərdar Həsənli yüzlərlə namaz qılanların iştirakı ilə cümə namzaı qıldığına görə Masallının icra başçısının şikayəti nəticəsində saxlanılmışdır. O, Masallının polis idarəsinə aparılmışdır və onun saxlanılmasından saatlar keçsə də ailəsinə hər hansı bir izahat verilməkdən çəkinilmişdir. Bundan əlavə son neçə il ərzində Azərbaycan respublikası dövləti müxtəlif bəhanələrlə Dr. Səmədov və hacı Taleh Bağırov kimi din alimlərini taptalayıb həbsə almışdır. Indi isə qarşıya belə bir sual çıxır ki, niyə Azərbaycan respublikası dövləti kimi diktaturçular dindarların cümə namazı qılması kimi təşəbbüslərindən qorxur və hamıdan çox onlara nəzarət etməyə çalışırlar? Əslində əhlibeyt tabeləri tarix boyu həqiqi din alimlərinin din təlimlərindən ilham alaraq zalımlara və zülmə qarşı rəhbərlikləri ilə müsəlmanlar hövzəsini qorumaq və din ehkamlarını, din prinsiplərini həyata keçirmək fikrində olmuşlar. Bu prinsiplərdən biri “istilanı inkar qaydası”dır. Bu, digər prinsiplərə üstündür. Bu möhkəm fiqh qaydası islam və müsəlmanların bütün sahələrdə istiqlaliyyətinə təzminat verir və Allah-Taalanın əmrindən irəli gəlir: “Allah heçvaxt kafirləri möminlərə hakim kəsməz”. Bu ayədən belə çıxır ki, Allah heç vaxt möminlərə müsəllət olmaq yolunu kafirlərə açmaz. Bu şərif ayəyə əsasən müsəlmanlarla kafirlərin arasındakı əlaqə islam ictimaiyyəti üçün zəlillik qoxusu verməməlidir. Islam respublikasının banisi imam Xumeyni həzrətləri bu haqda deyir: “islam dövlətləri ilə əcnəbilər arasındakı əlaqə onların müsəlman ölkələrinə, şəhərlərinə, can və mallarına istilaya, ya müsəlmanların siyasi əsarətinə gətirib çıxararsa  belə əlaqələr dövlət başçılarına haramdır. Onlarla bağladıqları müqavilələr batildir. Onları düz yola hidayət etmək, ən azı isə mənfi mübarizə yolu ilə bu əlaqələrdən çəkinmək məcburiyyətində qoymaq vacibdir. Buna görə də hər hansı bir dövrdə yadlardan asılılıq bu və ya digər şəkildə büruz etdikdə şiə alimləri və din xadimləri mövzudan narazı olduqlarını bildirmişlər. Şiə tarixində din alimlərinin imperializmə qarşı mübarizə nümunələrindən biri ayətüllah Mirzə Şirazi tərəfindən 1890-cı ildə elan edilən “tənbəki təhrimi”dir. O öz tarixi fətvası ilə İranı ayıltdı və Britaniyanı geriləməyə və bağladığı iqtisadi müqaviləni ləğv etməyə məcbur etdi. O, öz fətvasında demişdi: “artıq hər hansı bir şəkildə tütün və tənbəkidən istifadə etmək haramdır və İmam zamana qarşı müharibə hesab olunur”. Islam dünyasında baş verən ötən yüz il hərəkatları da şiə din xadimlərinin siyasi rəhbərlik rolunu aydınca nümayiş etdirir. Seyyid Camaləddin Əsədabadinin rəhbərliyi altında baş verən mütləqiyyəçilik və müstəmləkəçiliyə qarşı hərəkat, ayətüllah Mirzə Şirazinin rəhbərliyi ilə gedən müsəmləkəçiliyə zidd Tənbəki hərəkatı, Mirzə Məhəmmədtağı Şirazinin rəhbərliyi ilə İraqda baş verən müstəmləkəçiliyə qarşı inqilab, Axund Molla Məhəmmədkazım Xorasani, Şeyx Abdulla Mazandarani, Seyyid Abdulla Behbahani, Seyyidməhəmməd Tabatabailərin rəhbərliyi ilə gedən məşrutə hərəkatı, şeyx Fəzüllah Nurinin liberalizmə qarşı siyasi mübarizəsi, Mirzə Kiçikxanın rəhbərliyi ilə gedən Meşə hərəkatı, Müdərrisin Rzaxana qarşı siyasi və demokratik mübarizələri, neft sənayesinin milliləşdirilməsi üçün aparılan mübarizədə ayətüllah Kaşaninin Britaniya müstəmləkəçiliyinə qarşı mübarizəsi, Nəvvab Səfəvinin rəhbərliyi ilə islam fədailərinin silahlı mübarizəsi və İmam Xumeyninin rəhbərliyi ilə qələbə çalan İranın islam inqilabı məqamların adını çəkmək olar. Mübarizənin 150 ildən az bir müddətdə bu qədər vüsət alması şiə din xadimlərinin cəmiyyətin siyasi taley ilə maraqndıqlarını göstərir. Bu ayıqlıq və bu maraq 2500 illik köhnəlmiş siyasi sistemin, şahlıq üsul-idarəsinin devrilməsinə, əcnəbilərin təcavüzkar əlinin kəsilməsinə və İran millətinin öz taleyini ələ almasına gətirib çıxardı.

Elədir! Cəmiyyətin düzgün istiqamtdə hərəkət etməsi və yayınmaması üçün din və məzhəb ekspertlərinin cəmiyyətin istqamətinin müəyyənləşdirmələri və düzgün təlimləri cəmiyyətin ixtiyarına vermələri zəruridir. Bu əhəmiyyətli vəzifə din xadimlərinin üzərinə düşür. Onlar islamın dəyərlər sistemini düzgün şəkildə, islamın iqtisadi, siyasi və hakimiyyəti və beynəlxalq sistemini və bəşərin həyatının digər  maarif cəhətlərini dünyaya verməlidirlər. İslamın bir system, ideologiya və dünya görüşü kimi mövcud olması din xadimlərindən asılıdır.  Onlar islamı yaxşı tanıyır və cəmiyyətə düzgün təqdim edə bilərlər. İslam öz-özünə təqdim ola bilməz, islamşünaslar təqdim etməlidir. Çünki hər şey öz dəyəri qədər düşmənçiliyə məruz qalır. Din xadimlərinə çoxlu düşmənçilik olur. Çünki islam düşmənləri bu qurumun əhəmiyyətini digər qurumlardan daha yaxşı bilirlər. İmam Xumeyni həzrətləri də din xadimlərindən qorxmağın səbəbini islamdan qorxmaqda görür. O, bu sahədə deyir: “minbər əhlindən qorxurlar. Çünki onlar islamı rəvac verirlər. Din xadimlərindən və mehrab adamlarından qorxurlar. Çünki onlar islamı rəvac verirlər, çünki islamdan qorxurlar”. O, ayrı bir yerdə deyir: “sizlərdən də ona görə qorxurlar ki, siz islamı bəyan edirsiniz, islamın xaricdə də həyata keçirilməsini istəyirsininz”. Böyüklü-kiçikli islam düşmənlərinin və bədxahların, siyasi və icra işlərini daşıyan qeyri-ruhanilərin sağlam olmayan əməlləri kimi dəsisələrə rəğmən İmam həzrətləri və onun köməkçiləri şəxsi meyllərin xilafına olaraq mübarizə və cihad illərinin nailiyyətlərini qorumaq üçün islam respublikası sisteminin ağır və məsuliyyətli yüklərini daşıdılar. İmam həzrətlərinin rəhbərliyi, müsəlman İran millətinin tarixi sədaqəti, onun şagird və köməkçilərinin ölkənin kompleks idarəediciliyi din xadimlərinin əlində olan dövrün fədakarlığı nəticəsində ölkənin bütün nöqtələrində abadlıq və quruculuq işləri və əsas xidmətlər ucqar və unudulmuş bölgələrdə belə həyata keçirildi.

Sərdar Həsənli kimi adamlardan ona görə qorxurlar ki, onlar islamı rəvac verirlər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap