Ruhani Hacı İlqar Əliyev: Bu alimlərin həbsi həm düşməni bizə tanıtdırır və həm də...
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Cənub bölgəsinin tanınmış ruhanisi Hacı İlqar Əliyev Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib
ruhani Hacı İlqar Əliyev yayımladığı açıqlamada bildirib ki,
Şeyx Sərdar sıradan bir ruhani deyil, Şeyx Sərdar doğurdan da dinə maarif gözü
ilə baxan bir dindar, dinə əməli ilə, sədaqəti ilə, elmi və təqvası ilə töhfəsini
verən bir insandır.
Ruhani Hacı İlqar Əliyevin açıqlamasını təqdim edirik: “Mənim
Şeyx Sərdara böyük hörmətim var. Onu 14 yaşından rəhmətlik Molla Bəylər əminin
yanında tanımışam. Həmişə də rəhmətlik Bəylər əmi deyirdi ki, bundan gözəl
molla çıxacaq. Bu gün Şeyx Sərdar kimi ruhaninin tutulması doğurdan da nə inki
dindarlar, hətta onu tanıyan və dini o qədər dərin bilməyən insanlar üçün də
böyük kədərdir. Çünki bu insan İslamın bir neçə xüsusiyyətini özündə cəm edib,
iman, təqva, elm, helm yəni çox az adam olar ki, bu xüsusiyyətləri özündə cəm
eləsin. Həqiqətəndə Şeyx Sərdar o adamlardandır”.
Hacı İlqar əlavə edib ki, bu məsələ ilə bağlı iki nöqtəni
qeyd etmək istəyir. “Birincisi budur ki, bu cür ruhanilərin tutulması onu göstərir
ki, düşmən artıq İslamın üzərinə hücum edir. Əgər bu qədər ruhani qurban
verilirsə, bu düşmənin çoxluğunun, onun İslamın üzərinə gəlməsinin bir nişanəsidir.
İkinci bu həbslər bir böyük ümiddir. Ona görə ki, əgər dinə bu qədər qurbanlar
verilirsə, inşallah bu din salim şəkildə həm öz təravətini qoruyub saxlayacaq və
həm də gələcək nəslim parlaq formada, Allahın bəyəndiyi formada , Allahın razı
olduğu formada gələcək nəsilərimizə çatdırılacaq. Bu alimlərin həbsi çox
mühümdür. Həm düşməni bizə tanıtdırır, həm də dostlara və gələcək nəsillərə
dinin salim çatmasına zəmin yaradır.
Mən tamam zindanda olan bütün ruhaniləri salamlayır, onlara
Allahdan gözəl müqavimət və səbr diləyirəm. Bu həmin işə bənzəyir ki, İmam
Hüseyn (ə) buyurur "Həl min nasirin yənsuruni" (Görəsən mənə kömək edən
varmı?) Bax, bu həbslər o çağırışa cavabdır. Həbs olunan ruhanilər bizim Allah
yanında da, din yanında da üzümüzü ağ eləyir. Allah bunların hər iki dünyada üzünü
ağ eləsin".