header

 Amerikanın, Telaferdə muhasirədə olan IŞİD-çiləri Xilasetmə Səyləri

İraq Könüllü Xalq Güclərindən olan bir komandir, Amerikanın Telaferdə mühasirə altında olan IŞİD-çiləri qurtarmağa çalışdığını ifadə etdi

İraq Könüllü Xalq Gücləri Mosulu qurtarma əməliyyatlarının altıncı mərhələsinin başladığını açıqladı.

İraq Könüllü Xalq Gücləri Mosulun qərbində yerləşən Əl-Şəriyə kəndinin girişlərinə çatdıqlarını və İraq Hizbullahının da Əl-Ceheş kəndinin xilas etdiyini ifadə etdi. Könüllü Xalq Gücləri komandirlərindən olan Cavad Əl-Talibavi, işid liderlərini Telaferdən çıxarmağa çalışdığını söylədi.

Cavad Əl-Talibavi: "Könüllü Xalq Gücləri tərəfindən Telaferdəki mühasirənin daralmasından sonra, Amerikalıların işid liderlərini bu mühasirədən azad etməyə çalışdığınısöylədi. Amerikalıların Telaferdə olan işid mənsublarına təyyarələrlə silah və digər yardımlar etdiyinə dair, əlimizdə sənədlər və sübutlar var. İraq qüvvələri Mosul Hava Limanına doğru irəliləməkdədir.Bu bölgədəki işid mövqelərinə hücum hazırlanmaqdadır. ' İraq Ordusunun döyüş təyyarələri və Haşdi Şaabi Kəşfiyyat vahidləri, Telaferin şimal-qərbində 5 bomba yüklü vasitənin məhv edildiyini açıqladı. Haşdi Şaabi Kəşfiyyatı eyni zamanda işid liderlərindən olan Ammar Mustafa Yusifin Telaferdə öldürüldüyünü ifadə etdi.

Telafer şəhəri 2014-ci ildə işid terror təşkilatı tərəfindən işğal edilmişdir. Bu şəhər Mosulun mərkəzinə 65 kilometr uzaqlıqdadır və bu şəhəri qurtarma vəzifəsi İraq Könüllü Xalq güclərinə verilmişdir. Bu şəhər IŞİD-in Suriyadan Mosula keçid yoludur və IŞİD-ə yardımlar bu yoldan edilir. İraq Baş naziri Heydər Əl-İbadi qurtarma əməliyyatlarının başladığını açıqladı. İraq qüvvələri qurtarma əməliyyatlarına başladıqdan indiyə qədər bir çox kəndi qurtarmışdır.

Qurtarma əməliyyatlarına hərbi vertolyotlar və topçu vahidlərlə birlikdə İraq Ortaq qüvvələrindən bir çox adam iştirak edir. Neynevanı qurtarma əməliyyatları 17 oktyabrda başladı və o gündən indiyəqədər, ordu qüvvələri, federal polis, Könüllü Xalq Gücləri və Peşmergedən ibarət İraq qüvvələri yüzlərlə kvadrat kilometri və Neynəva əyalətində onlarla kəndi işid terroristlərinin işğalından qurtarıb.

İraq Könüllü Xalq Güclərindən olan bir komandir, Amerikanın Telaferdə mühasirə altında olan IŞİD-çiləri qurtarmağa çalışdığını ifadə etdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap