header

 “Avropa İttifaqı Türkiyəni üzv olaraq qəbul etməyəcək”

Melloç Trampla Aİ səfirliyi vəzifəsi üçün danışıqlar apardıqlarını, ancaq hələ rəsmi bir vəzifə olmadığını vurğulayaraq Türkiyənin İttifaqla münasibətləri haqqında bunları söyləyib...

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasında fəal iştirak edən və Tramp tərəfindən Avropa İttifaqı səfiri təyin olunmasına şübhə olmayan Oksford Universitetinin tədris üzvü Ted Melloç işlədiyi universitetdəki türk tələbəsinin dəvəti ilə Antalyaya gəlib.

Melloç Trampla Aİ səfirliyi vəzifəsi üçün danışıqlar apardıqlarını, ancaq hələ rəsmi bir vəzifə olmadığını vurğulayaraq Türkiyənin İttifaqla münasibətləri haqqında bunları söyləyib:

"Əsas sual yaxın zamanda Avropada nə qədər bir siyasi birlik olacağıdır. Bu sualın cavabı Avropadakı seçkilərdə bəlli olacaq. Amma Türkiyə üçün bir növ qərar verib əslində: Üzv olaraq qəbul olunmayacaq.

Açıq şəkildə qeyd etmək lazım gələrsə, bunu 20 ildir bilirdik. Bu Avropa ilə Türkiyənin güclü ticarət əlaqələri olmayacağı anlamına gəlmir. Mənim təklifim Türkiyənin beynəlxalq platformalara; şimala, cənuba, şərqə, qərbə strateji yanaşmasıdır.

Ölkələrlə ticari müqavilələr imzalasınlar. Xüsusilə ticari müqavilələrin imzalanması lazım olan ölkələrdən biri Böyük Britaniyadır. Onlar Aİ-dən çıxmaq qərarı alıb. Onlarla ticari müqavilə bağlamaları lazım olduğunu düşünürəm. Avropa qitəsi hər zaman olacaq, Avropa ölkələri güclüdür. Onlar siyasi olaraq bir araya gəlməyə bilərlər. Bütün Avropa ölkələri Aİ-yə üzv deyil, məsələn, Türkiyə".

 

Melloç Trampla Aİ səfirliyi vəzifəsi üçün danışıqlar apardıqlarını, ancaq hələ rəsmi bir vəzifə olmadığını vurğulayaraq Türkiyənin İttifaqla münasibətləri haqqında bunları söyləyib...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap