İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir
Posted on : Video 10/16/2017 1:00:24 PM
İslam İnqilabının Böyük Rəhbəri dini ortaqlığı İran İslam Respublikası və Azərbaycan Respublikası xalqları və rəsmiləri arasındakı yaxınlıq və qohumluğun ən mühüm amili adlandırıblar.
Həzrət Ayətullahülüzma Xamenei bu gün Tehranda Azərbaycan
prezidenti İlham Əliyev ilə görüşdə Azərbaycan Respublikasının İran İslam
Respublikası ilə bağlı mövqeyini o cümlədən nüvə məsələsində Tehrana dəstək
verməsini son dərəcə dəyərli adlandırıb və deyiblər: Azərbaycan hökuməti daim
siyasi və beynəlxalq dairələrdə İranın kənarında yer alıb və bu müsbət addım
iki ölkəni bir-birinə daha artıq yaxınlaşdırıb.
İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin İran - Azərbaycan
münasibətlərinin səmimiliyinə qısqanc yanaşmaları və bundan qəzəbli olmalarına
da işarə edib və deyib: Xəbis sionist rejim hər bir düşməndən daha artıq İran və
Azərbaycan arasındakı qardaş münasibətlərə zərbə vurmağa, bu münasibətləri zəiflətməyə
çalışır. Buna görə də, bu kimi səylərə cavab olaraq, iki ölkə öz səmimi münasibətlərinə
sahib çıxmalı və onu qorumalıdır.
İnqilab Rəhbəri Azərbaycan prezidenti ilə görüşün davamında
böyük qüdrətlər qarşısında toxunulmazlığa yiyələnmək üçün xalqa arxalanmaq və
xalqın kənarında olmağın önəminə təkid edib və deyiblər: Xalqın dini
hissiyatına hörmət Azərbaycan hökumətinin
xeyrinədir.
Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə deyib: İki
ölkə münasibətləri ali səviyyədədir və bəzi İran - Azərbaycan münasibətlərinə xələl
gətirmək istiqamətində olan bəzi səylərin heç bir nəticəsi olmayacaq.
İ.Əliyev daha sonra Tehran - Bakı əlaqələrinin yüksələn xətt
üzrə inkişaf etdiyini vurğulayıb və deyib: Ötən bir ildə iki ölkə arasında 20 əməkdaşlıq
sənədi imzalanıb və ticarət mübadilələrinin həcmi də öncəki il ilə müqayisədə
70% artıb.